Page 261 - Pure Life 13
P. 261

İslamda Siyasət və Idarəetmə  /351

                   -   Roma İmperiyası

               e.ə 27-395 ci ilə qədər var olmuş bu imperatorluq Avropa
               və  Asiyanın  bir  hissəsini  əlində  saxlamışdır.  İki  hissəyə

               ayrıldıqdan  sonra  gücünü  itirən  imperatorluqda  daxili
               qarşıdurmalar hakimiyyəti zəyiflətmişdir.

                   -  Bizans İmperiyası
               Bizans  İmperatorluğu  şərqi  Roma  imperatorluğunun
               ortaya  çıxması  nəticəsində  yaranmışdır.  Yəni  Roma
               imperatorluğunun  iki  hissəyə  ayrılması  nəticəsində  digər
               bir  güclü  dövlət,  Bizans  ortaya  çıxmışdır.  Türklərin
               anadoluya  yerləşmələri  nəticəsində  gücünü  itirməyə
               başlayan  Bizans  1071  Malazgird  döyüşünü  məğlub
               olmaqla süqut etmişdir.


                   -   Mongol İmperiyası: 1206-1294
               Monqol  imperiyası  bütün  çətinliklərə  baxmayaraq,
               özündən daha güclü və daha çox əhalisi olan düşmənlərini
               məğlub  etmiş  imperiyalardan  biridir.  B.e.  1206-cı  ildə
               Çingiz  xan  ləqəbini  götürmüş  monqol  sərkərdə  Temuçin
               tərəfindən  əsası  qoyulan  bu  imperiya  əvvəlcə  Çindən
               ərazilər qoparmaqla böyüdü.
                  Monqol  imperiyası  üçün  həlledici  an  elçilərinin  İran,
               Əfqanıstan  və  Mərkəzi  Asiya  ərazilərindən  ibarət  qonşu
               Xarəzmşahlar       imperiyasının      başçıları     tərəfindən
               öldürülmələri oldu. Bu, Çingiz xana ciddi bir təhqir hesab
               olundu  və  monqolların  intiqamı  Mərkəzi  Asiyanı
               tamamilə dağıtdı, Qızıl Əsrə də son qoydu.
   256   257   258   259   260   261   262   263   264   265   266