Page 336 - Pure Life 13
P. 336

Baş Redaktorun ön Sözü
               Tədqiqat,  elm  sahəsində  həyat  şərbəti  rolunu  oynayır.  Onun
               inkişafı  elmin  sərhədlərinin  genişlənməsi  və  çiçəklənməsi
               deməkdir. Tədqiqat və araşdırma sahəsinə diqqətsizlik etmək,
               elmi  inkişafın  zəifləməsi  və  sonda  tamamilə  məhvinə  gətirib
               çıxarır.  Bu  da,  cəhlin  yaranmasına  şərait  yaradır.  Belə  ki,
               müasir dünyada  sağlam tədqiqatın olmamasının məhsulu olan
               “modern cəhalətin” şahidi oluruq.
                  Elmi  sahələrin  günbəgün  inkişafı,  daha  çox  elmi  sahələrə
               daxil  olmağın  zərurətini  çatdırır.  Bu  gün,  islam  elmlərinin
               müxtəlif  sahələri  beynəlxalq  aurada  araşdırılmalı  və  düzgün
               təqdim edilməlidir.
                  "PURE  LİFE”  jurnalı  əl-Mustafa  Virtual  Universitetinin
               tələbələrinə  öz  elmi-tədqiqat  əsərlərini  buraya  təqdim  etmək
               üçün  şərait  yaradaraq,  tələbə  əsərlərinin  elmi  səthini  inkişaf
               etdirməyə  və  islami-humanitar  sahələrdə  fəaliyyət  göstərən
               araşdırmaçıların əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
                  "PURE  LİFE"  jurnalı  hər  fəsldə,  bir  neçə  dildə,  elektron
               versiyada elmi məqalələrlə nəşr edilir. Bu nömrəmizdə, xüsusi
               buraxılışımız:  “Dini  Təlimlərin  Keyfiyyətini  Artırmaq  üçün
               Virtual  Aləmin  Təsirini  Tanıma”  (4)  Mövzusunda  İlk
               Beynəlxalq  Konfrans  mövzusundadır.  Jurnalda  fars,  ərəb,
               fransızvə  Azərbaycan,  dillərində  on  beş  üstün  elmi  məqalə
               mِövcuddur.
                  “PURE  LİFE”  jurnalı  Əl-Mustafa  nəşriyyat  şurasının,
               həmçinin,  İran  İslam  Respublikası  İslam  Mədəniyyəti  və
               İncəsənəti Nazirliyinin fərmanına əsasən, bu jurnal,             əl-
               Mustafa  Beynəlxalq  Virtual  Universitetinin  ilk  elmi-tədqiqat
               gurnalı  olaraq,  dəyərli  alimlərin  və  tələbələrin  elmi  əsərlərini
               qəbul edir.
   331   332   333   334   335   336   337   338   339   340   341