Page 334 - Pure Life 13
P. 334
278 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Giriş
İnternet aləmi İnternet 1960-cı illərin sonu, 70-ci illərin
əvvəlləri Amerikada ARPA adı ilə quruldu. Daha sonra
isə internet adı ilə istifadə edildi.
İnternet ilkin vaxtlarda komputer mütəxəssisləri, elm
adamları və kitabxanaçılar tərəfindən istifadə edilirdi.
Yəni, əvvəllər hər kəsin bu günkü kimi internetdən
yararlanmaq imkanı yox idi.
Zamanımızın ən önəmli ixtiralarından biri olan
internetdən bilmək istədiyimiz hər bir şeyi tapa bilərik.
İnternetdən faydalı şəkildə istifadə etməyi, qarşıya çıxan
neqativ hallardan qorunmağı bacarmalıyıq.
İlk öncə internetin saysız-hesabsız faydalarından
bəzilərinə nəzər salaq:
1. İstədiyimiz məlumatı tapmağa kömək edir.
2. Məlumatları çox tez əldə etməyimizə səbəb olur.
3. Gedib görmədiyimiz yerlər haqqında əvvəldən
məlumat tapmaq mümkündür.
4. Faydalı film, musiqi, sənədli film və.s istənilən
mövzuda videoları izləyib ya dinləməklə vaxtımızı
daha səmərəli keçirə bilərik.
5. Sosial şəbəkələrdə həmfikir ola biləcəyimiz və yeni şeylər
öyrənə biləcəyimiz çoxlu sayda insanla tanış ola bilərik.
6. İnternetdə alış veriş edə bilərik.
7. İnsanlara faydalı ola biləcək məlumatlar, video
çarxlar və.s yerləşdirə bilərik.
8. İnternet vasitəsilə virtual təhsil almaq imkanımız var.
9. İnternet vasitəsilə milyonlarla elektron kitaba sahib
ola bilərsiniz.
10. Əzizlərimizlə istədiyimiz an görünütülü şəkildə
əlaqə saxlaya bilərik.
11. Hətta, nəzarət altında internetdən istifadənin
uşaqlara belə faydası vardır.