Page 339 - Pure Life 13
P. 339
Məqalə və Təqdim şəkli:
1. Məqalə aşağıdakı bölümlərə malik olmalıdır:
- Ünvan, xülasə, açar kəlmələr, müqəddimə yaxud mövzuya
giriş, məqalənin əsas mətni, nəticə, istifadə olunmu
mənbələr.
2. Məqalələr əvvəllər çap olunmamış olmalı və müəllif
məqaləni başqa nəşriyyəyə verməyə öhdədar
olmamalıdır.
3. Elmi və hüquqi cəhətdən məqalənin doğruluğu üçün,
müəllif məsuliyət daşıyır.
4. Məqalələrin qəbul edilib-edilməməsi jurnalın
öhdəsindədir. Nəşriyyat 30 gün ərzində məqalənin
müəllifinə bu haqda məlumt verməlidir.
5. Elmi dəyərləndirmədən sonra məqalənin jurnalda çal
olunması üçün son təsdiq, təhrir heyətini öhdəsindədir.
6. Məqalənin həcmi ən az 8 səhifə və ən çox 25səhifə, hər
səhifədə 250 kəlmə olmalıdır.
7. Jurnalın məqalələrindən istifadə, jurnala istinad
verilmək şərtilə manesizdir.
8. Məqalənin fars, ərəb, ingilis dilində olan xülasəsi ən
çox 250 kəlmə olmalıdır.
9. Məqalənin (farsca) yazılış qələmi font 14 və B Lotis
xəttilə ilə olmalıdır.
10. Ərəb dilində olan məqalələrin qələmi font 15 və Arabic
Typesetting xəttilə olmalıdır. Ordu dilində font 14 və
Alvi Nastaleeq xəttilə olmalıdır. İngilis və Azərbaycan
dilindəki məqalələr font 13 və Times New Roman
xəttilə yazılmalıdır.
11. İstifadə olunmuş mənbələr əlifba sıraası ilə və aşağıdakı
şəkildə olmalıdır:
- İstifadə edilmiş kitab: Müəllifin familyası, adı, nəşr ili,
kitabın ünvanı (bold şəklində), tərcüməçinin və yaxud
düzəliş edən şəxsin adı, çap növbəsi, məkan, nəşriyyat.