Page 335 - Pure Life 13
P. 335
Virtual Aləmin Dini Təhsil alan Tələbələrin
Davranış və Mədəniyyətlərindəki Mənfi
Təsiri və Zərərlərdən Qorunma Yolları
1
Müəllif: Səadət Əliyeva (Azərbaycan)
Alınan Tarix: 30/05/2016 Qəbul Tarixi: 31/07/2017
Məqalənin Xülasəsi
Virtual aləmin və sosial mediyanın varlığı və ona olan
ehtiyac haqda danışsaq, bunun zərurətini inkar edə
bilmərik. Sözsüz ki, müasir dünyamızda həyatın əsas
ehtiyaclarından birinə çevrilən, demək olar ki, sanki hava-
su kimi dəyərli olan internet, həyatımızı elektrik enerjisi,
mətbəə, telefon qədər dəyişdirdi. O, təkcə bir ünsiyyət
vasitəsi deyil, həm də bir çoxumuzun həyatının bir parçası
oldu. Təhsil mənbəyimizə və mədəni fomalaşma
amilimizə çevrildi. Axı texnologiya biz istəsək də,
istəməsək də inkişaf edir. Və bu belə də olacaq. Bu inkişaf
internet üçün də keçərlidir. Balansı qoruyaraq internetdən
faydalanmaq və zərərlərindən qaçmaq isə öz əlimizdədir.
İnternet üzərindən təhsil bizim üçün çox faydalıdır, amma
bu təhsilin kimdən və necə əldə edilməsi də çox
önəmlidir. Həmçinin virtual aləmin bizim mədəni
formalaşmamızdakı rolunu da nəzərdə almalıyıq. Bir
tələbə hansı üstün cəhətləri virtual aləmdən əldə edə bilər
və hansı çatışmayan xüsusiyyətlərin hücumuna məruz qala
bilər? Bax əsas məsələ budur. Hazırkı məqalədə elə bu
haqda araşdırma aparacayıq. İn.allah tezliklə məqalənin
tam versiyası sizə göndəriləcəkdir.
Açar Sözlər: Virtual Aləmin, Dini Təhsil, Alan Tələbələrin
1. İslam araşdırmaları fakültəsi magistr, Əl-Mustafa Beynəlxalq
Open Universiteti, Qum, İran, seadetmuhemmedi@gmail.com