Page 337 - Pure Life 13
P. 337
Müdirin ön sözü
“PURE LİFE” jurnalı bəşərin həmişəyaşar mənəvi həyatına
açılan bir qapıdır. Əl-Mustafa Beynəlxalq Virtual Universiteti
yer üzündə ilahi maarifi yaymağı öz ülvi vəzifəsi sayır. Allah-
təalanın lütfü ilə sahib olduğu elmi dəyərlər ilə yeni bir mənəvi
həyatın təməlini qoymağa çalışır. Dünya və axirət səadətini
təmin etmək yolunda addımlayır.
“PURE LİFE” jurnalı universitetin tələbələri üçün də, elmi-
mədəni fəaliyyətlərini virtual fəzada daha da inkişaf etdirmək
və elmi dillə ilahi maarifi bəşərin həyatının müxtəlif
sahələrində nəşr etmək yolunda gözəl bir fürsətdir. Ümidvarıq
ki, elm nurunun axtarışında olan hər bir şəxsin əməyilə, bu elm
və mərifət pəncərəsi daha da faydalı olsun.