Page 228 - Pure Life 02
P. 228
Müdirin ön sözü
“PURE LİFE” jurnalı bəşərin həmişəyaşar mənəvi həyatına
açılan bir qapıdır. Əl-Mustafa Beynəlxalq Virtual
Universiteti yer üzündə ilahi maarifi yaymağı öz ülvi
vəzifəsi sayır. Allah-təalanın lütfü ilə sahib olduğu elmi
dəyərlər ilə yeni bir mənəvi həyatın təməlini qoymağa
çalışır. Dünya və axirət səadətini təmin etmək yolunda
addımlayır.
“PURE LİFE” jurnalı universitetin tələbələri üçün də,
elmi-mədəni fəaliyyətlərini virtual fəzada daha da inkişaf
etdirmək və elmi dillə ilahi maarifi bəşərin həyatının
müxtəlif sahələrində nəşr etmək yolunda gözəl bir fürsətdir.
Ümidvarıq ki, elm nurunun axtarışında olan hər bir şəxsin
əməyilə, bu elm və mərifət pəncərəsi daha da faydalı olsun.