Page 227 - Pure Life 02
P. 227
Baş radaktorun ön sözü
Tədqiqat, elm sahəsində həyat şərbəti rolunu oynayır. Onun
inkişafı elmin sərhədlərinin genişlənməsi və çiçəklənməsi
deməkdir. Tədqiqat və araşdırma sahəsinə diqqətsizlik etmək, elmi
inkişafın zəifləməsi və sonda tamamilə məhvinə gətirib çıxarır. Bu
da, cəhlin yaranmasına şərait yaradır. Belə ki, müasir dünyada
sağlam tədqiqatın olmamasının məhsulu olan “modern cəhalətin”
şahidi oluruq.
Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi sahələrə
daxil olmağın zərurətini çatdırır. Bu gün, islam elmlərinin müxtəlif
sahələri beynəlxalq aurada araşdırılmalı və düzgün təqdim
edilməlidir.
“PURE LİFE” jurnalı əl-Mustafa Virtual Universitetinin
tələbələrinə öz elmi-tədqiqat əsərlərini buraya təqdim etmək üçün
şərait yaradaraq, tələbə əsərlərinin elmi səthini inkişaf etdirməyə və
islami-humanitar sahələrdə fəaliyyət göstərən araşdırmaçıların
əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
“PURE LİFE” jurnalı hər fəsldə, bir neçə dildə, elektron
versiyada elmi məqalələrlə nəşr edilir. Bu nömrəmizdə, xüsusi
buraxılışımız: “Quran və Müqəddəs kitab” mözusundadır. Jurnalda
Azərbaycan və fars dillərində altı üstün elmi məqalə mövcuddur.
“PURE LİFE” jurnalı Əl-Mustafa nəşriyyat şurasının,
həmçinin, İran İslam Respublikası İslam Mədəniyyəti və İncəsənəti
Nazirliyinin fərmanına əsasən, bu jurnal, əl-Mustafa Beynəlxalq
Virtual Universitetinin ilk elmi-tədqiqat gurnalı olaraq, dəyərli
alimlərin və tələbələrin elmi əsərlərini qəbul edir.