Page 225 - Pure Life 02
P. 225

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY

                                                                                1
                                         Müəllif: Dr. Əfzələddin Rahimov (Azərbaycan)
                        Bu  məqalədə,  İbrahimi  dinlərdə;  yəni  yəhudilik,  məsihilik  və  islamda
                        Pryğəmbərlik  haqda  olan  fikirlər  sizlər  üçün  açıqlanacaq  və  sonda
                        müqayisə olacaq:
                        YƏHUDİLİKDƏ PEYĞƏMBƏRLİK
                        Yəhudi dininə müraciət etdikdə, başqa dinlərlə fərqli bəzi cəhətlərin şahidi
                        oluruq. Bu dində, Allah-təala öz xüsusi qövmünə, İsrail övladlarına nəzarət
                        edir, onu himayə altına alır, bu tayfanı doğruluğa dəvət etmək, xilas etmək
                        və yaxud cəzalandırmaq üçün natiqlərini və peyğəmbərlərini göndərir. Bu,
                        yəhudi dinində peyğəmbərlərin göndərrilməsinin fəlsəfəsidir.
                           Qeyd  etdiyimiz  natiqlər,  peyğəmbərlər  və  nəbilərin  bütün  sözlədikləri
                        Allahın (Yəhvənin) sözüdür. Onların əmrləri və fərmanları Allahın əmr və
                        fərmanı  sayılır.  Buna  görə  də,  Əhdi-ətiqdə  nəbilərin  tarixi  və  sözləri  və
                        onlar haqqında hər nə varsa, deməli bir mənalı olaraq Allahın bəndələrinə
                        söylədiyi şəhri-haldır.

                        Əhdi-ətiqdə "nəbi" kəlməsi haqda
                        Əhdi-ətiqdə "nəbi" kəlməsi müxtəlif məqamlarda fərqli mənalarda işlədilir.
                        Əhdi-ətiqin  "nəbi"  adlandırdığı  bəzi  şəxslər  sadəcə  kahinlərdir.  Əlbəttə,
                        onların  arasında  müşrik  kahinlər,  yalançı  nəbilər,  təbliğatçı  nəbilər  və
                        Yəhvənin həqiqi nəbiləri də mövcuddur.
                           Belə ki, Əhdi-ətiq İsrailin padşahı İzabelin 450 müşrik peyğəmbər-kahini
                        olduğunu söyləyir.  "İsrail  padşahı  dörd  yüzə  qədər peyğəmbəri topladı  və
                        onlara dedi: "Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?"2
                           İlyas  peyğəmbər  bu  450  müşrik  peyğəmbər-kahini  birdəfəlik  öldürtdü.
                        O üzünü padşaha tutaraq deyir ki,  İsraili mən  yox, sən və atanın evi dərdə
                        saldınız.  Siz  Rəbbin  əmrlərindən  dönüb  Baal  bütlərinə  xidmət  etdiniz.  İndi
                        bütün  İsrailliləri,  İzevelin  süfrəsində  yemək  yeyən  dörd  yüz  əlli  Baal
                        peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağır.



                        1. elmi-işçi, Əl-Mustafa BeynəlxalqVirtual Universitet, Qum, İran, rahimli80@mail.ru
                        2. Padşahlar (1), 22:6
   220   221   222   223   224   225   226   227   228   229   230