Page 223 - Pure Life 02
P. 223

147/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           İsrailin  Allahı  olan  Ordular  Rəbbi  belə  deyir:  “Aranızdakı
                        peyğəmbərləriniz  və  falçılarınız  sizi  aldatmasın,  gördüyünüz  yuxulara
                        əhəmiyyət  verməyin.  Çünki  onlar  Mənim  adımla  sizə  yalandan
                                                                                             1
                        peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir."
                           Bəs həqiqi peyğəmbərləri yalançı kahin-peyğəmbərlərdən fərqləndirən
                        şərtlər nədir?

                        Peyğəmbərliyin şərtləri
                        Əhdi-ətiqə görə, Allah-təala istədiyinə qeyd-şərtsiz peyğəmbərlik məqamı
                                 2
                        bəxş edir.   Yəhudilərin təsdiq və etibarını qazanmış Təlmud kitabında isə,
                        peyğəmbərliyin Allahın istədiyi bəndəsinə bəxş etdiyi hədiyyə olmasından
                        əlavə,  bu  ali  məqama  sahib  olmaq  üçün  bir  sıra  xüsusiyyətlərə  malik
                        olmağın zəruriliyinə diqqət çəkir. Vəhyə sahib olan şəxs, bacarıqlı, fürsəti
                        dəyərləndirmək  qabiliyyətinə  sahib,  pak,  pərhizkar,  saleh  əməlli,
                        təvazökar,  dözümlü  və  imanlı  olmalıdır.  Əxlaqi  xüsusiyyətlərdən  başqa,
                        cəsur,  ağıllı,  alim,  varlı-sərvətli  və  uzun  boylu  olması  da  lazımdır.
                        Əlbəttə,  qeyd  edilir  ki,  əxlaqi  azğınlıqlar,  vəhy  və  peyğəmbərliyin  geri
                        alınmasına  səbəb  olur.  Məsələn;  peyğəmbər  əsəbləşsə,  təkəbbürlü  olsa,
                                                               3
                        peyğəmbərlik məqamı ondan geri alınır.
                           Yəhudi filosofu İbn Məymun təkidlə söyləyir ki, peyğəmbərlik məqamı,
                                                          4
                        buna hazır olmayan şəxsə verilmir.
                           Burada bir neçə məsələyə diqqət etmək lazımdır:

                        1- Həqiqi peyğəmbərləri tanımanın yeganə yolu
                        Əhdi-ətiqin  təsvir  etdiyi  həqiqi  peyğəmbərləri  demək  olar  ki,  onların
                        möcüzələri  ilə  tanımaq  mümkün  deyil.  Həqiqi  peyğəmbərləri  yalançı
                        kahin-peyğəmbərlərdən fərqləndirən yeganə xüsusiyyət isə onların bir olan
                        Allaha (Yəhvəyə) sarı dəvət etməsidir.
                           Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağandan
                        sonra,  İlyas  Baal  "peyğəmbərlərinin"  (kahinlərinin)  hamısını  Qişon
                                                                                       1
                        vadisində qətlə yetirir. Onlardan bir nəfər də qaçıb qurtara bilmir.

                        1. Yeremya, 29:8-9
                        2. Qanunun Təkrarı 18:18
                        3. Əmir Firuddin Qorqani, "Təlmuddan seçmələr", səh. 138-139; Təlmud, Mişnasuta, 9:15
                        4. Dr. İsrail, "Musa ibn Məymun və əhvalihi", səh. 92-94
   218   219   220   221   222   223   224   225   226   227   228