Page 224 - Pure Life 02
P. 224

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 146





                           Yalançı  nəbilər  haqqında  isə  yenə  Əhdi-ətiqdə  oxuyuruq:  "Rəbb  mənə
                        dedi: Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən
                        göndərməmişəm,  onlara  əmr  edib  söz  deməmişəm.  Sizə  peyğəmbərlik
                        etdikləri  şeylər  yalan  bir  görüntü,  falçılıq,  boş  bir  şey,  öz  ürəklərinin
                                      2
                        uydurmasıdır."
                           Əlbəttə,  diqqət  etmək  lazımdır  ki,  Əhdi-ətiqdə  yalançı  kahinlər
                        peyğəmbər  adlandığı  kimi,  həqiqi  peyğəmbərlər  də,  qeybdən  xəbər
                        verdikləri  üçün  kahin-görücü  adlandırılmışdır.  Bunun  üçün  də,  Müqəddəs
                        kitabı  oxuduğumuz  zaman  bu  qarışıqlığı  nəzərdə  almalıyıq.  "Əvvəllər
                        İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər:
                        «Gəl  görücünün  yanına  gedək».  O  vaxt  peyğəmbərləri  görücü
                                        3
                        adlandırırdılar."
                           Yalançı peyğəmbərlər və kahinlər müxtəlif zikrlər oxuyub, çalıb oynayıb
                        özlərindən  gedir  və  qəşş  edir,  sonra  isə  gələcəkdən  xəbər  verirdilər.
                        Maraqlıdır  ki,  bunlar  Əhdi-ətiqdə  sərt  tənqid  edilir.  Amma  elə  həmin
                        kitabda yazılanlara görə, bəzi peyğəmbərlər də, vəhy aldıqları zaman çalıb
                        oynayır və zikrlər söyləyib özlərindən gedirdilər. Şaul Filişt keşik dəstəsinin
                        olduğu  yerə  Giveat-Elohimə  çatdığı  zaman,  şəhərə  daxil  olduqda,
                        səcdəgahdan enən bir peyğəmbər dəstəsinə  rast gəlir. Onların qarşılarında
                        çəng, dəf, ney, lira çalınır və onlar peyğəmbərlik edir. Onda Rəbbin Ruhu
                        Şaulun  üzərinə  qüvvə  ilə  enir  və  o  da,  onlarla  birgə  peyğəmbərlik  edir.
                                                                           4
                        Dönüb tamam başqa bir adam, yəni; peyğəmbər olur.
                           Əhdi-ətiqdə Allah daim yalançı peyğəmbərlərdən uzaq durmağı və onlara
                        aldanmamağı tapşırır.













                        1. Padşahlar (1), 18:18-20 və 40
                        2. Yeremya 14:14
                        3. Şamuel (1) 9:9
                        4. Şamuel, 10:5-11; 19:20-24
   219   220   221   222   223   224   225   226   227   228   229