Page 219 - Pure Life 03
P. 219

Baş radaktorun ön sözü



                      Tədqiqat,  elm  sahəsində  həyat  şərbəti  rolunu  oynayır.
                      Onun  inkişafı  elmin  sərhədlərinin  genişlənməsi  və
                      çiçəklənməsi deməkdir. Tədqiqat və araşdırma sahəsinə
                      diqqətsizlik  etmək,  elmi  inkişafın  zəifləməsi  və  sonda
                      tamamilə  məhvinə  gətirib  çıxarır.  Bu  da,  cəhlin
                      yaranmasına  şərait  yaradır.  Belə  ki,  müasir  dünyada
                      sağlam tədqiqatın olmamasının məhsulu olan “modern
                      cəhalətin” şahidi oluruq.
                              Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi
                      sahələrə daxil olmağın zərurətini çatdırır. Bu gün, islam
                      elmlərinin  müxtəlif  sahələri  beynəlxalq  aurada
                      araşdırılmalı və düzgün təqdim edilməlidir.
                              “PURE  LİFE”  jurnalı  əl-Mustafa  Virtual
                      Universitetinin  tələbələrinə  öz  elmi-tədqiqat  əsərlərini
                      buraya  təqdim  etmək  üçün  şərait  yaradaraq,  tələbə
                      əsərlərinin  elmi  səthini  inkişaf  etdirməyə  və  islami-
                      humanitar sahələrdə fəaliyyət göstərən araşdırmaçıların
                      əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
                              “PURE  LİFE”  jurnalı  hər  fəsldə,  bir  neçə
                      dildə,  elektron  versiyada  elmi  məqalələrlə  nəşr  edilir.
                      Bu  nömrəmizdə,    xüsusi  buraxılışımız:  “İslami  həyat
                      tərzi”  mözusundadır.  Jurnalda  Azərbaycan  və  fars  və
                      arabi dillərində səkkiz üstün elmi məqalə mövcuddur.
                              “PURE  LİFE”  jurnalı  Əl-Mustafa  nəşriyyat
                      şurasının,  həmçinin,  İran  İslam  Respublikası  İslam
                      Mədəniyyəti  və  İncəsənəti  Nazirliyinin  fərmanına
                      əsasən,  bu  jurnal,  əl-Mustafa  Beynəlxalq  Virtual
                      Universitetinin ilk elmi-tədqiqat gurnalı olaraq, dəyərli
                      alimlərin və tələbələrin elmi əsərlərini qəbul edir.
   214   215   216   217   218   219   220   221   222   223   224