Page 215 - Pure Life 03
P. 215

“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 199


               Loğmanın (ə) görünüşü
               Əksər hədislər Loğmanın (ə) qaradərili, zənci, dodaqları iri,
               pəncəli və balacaboylu olduğunu bildirir. (4, c. XI, səh. 624).

               Loğmanın (ə) əxlaqi xüsusiyyətləri
               Loğmanın (ə) əxlaqi xüsusiyyətləri qeyd etdiyimiz surə ilə yanaşı,
               bir çox hədisi-şəriflərdə də öz əksini tapmışdır. O, hədislərdə öz
               dövrünün  insanlarının  ən  yaxşısı,  yumşaq  sözlüsü,  mülayim
               qəlblisi, iffətlisi, əmanətdarı, ən ağıllısı, natiqlik məharətinə malik
               olan şəxsi kimi xarakterizə olunur. (4, c. XI, səh. 630).
               Loğmanın məqamı
               Loğmanın  (ə)  peyğəmbər  olub  olmaması  haqqında  müsəlman
               mənbələrində  nəql  olunmuş  hədislər  ziddiyyətlidir.  Nəql
               olunmuş  hədislərin  çoxuna  görə  o,  peyğəmbər  olmamışdır.
               Amma İkrimə və Şəbi kimi alimlərə görə o, peyğəmbər imiş.
               Loğmanın sənəti
               Onun sənəti haqqında da ixtilaf var. Bəziləri onun dülgər,
               bəziləri dərzi, bəziləri isə onun bəni-İsrailin qazısı olduğu
               görüşündədirlər. (5, c. VII, səh. 181).

               Loğmanın (ə) vətəni
               Onun haralı olması haqqında müxtəlif fikirlər vardır. İbn
               Abbas  onun  həbəşli  bir  qul  olduğunu,  İbn  Müsəyyib  isə
               onun misirli olduğunu söyləmişdir. (6, c. XVIII, səh. 546).
                  Loğmanın  (ə)  peyğəmbər  olub  olmamasından  asılı
               olmayaraq  Qurani-kərimi  onu  xüsusi  fəxarətlə  yad  etmiş,
               ona elm və hikmətin  verildiyini vurğulamış,  Loğmanın (ə)
               xüsusi məziyyət və əxlaqa sahib olduğunu önə çəkmişdir. O,
               təkcə Quran və hədisdə deyil, o cümlədən dünya fəlsəfi fikir
               mədəniyyəti  tarixində  də  özünəməxsus  yer  eləmiş  nadir
               şəxslərdəndir. Mənbələr onun çoxlu hikmətli kəlamlarından
               ibarət kitabın olmasını da qeyd edirlər. (2, c. XXI, səh. 150).
                  Onun  nəsihətli  sözləri  haqqında  aşağıdakı  mənbələrə
               müraciət etmək olar (5, c. VII, səh. 181).
   210   211   212   213   214   215   216   217   218   219   220