Page 214 - Pure Life 03
P. 214

200 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

               Surənin ayə sayı
               “Loğman”  surəsinin  sayı  haqqında  təfsir  əhli  müxtəlif
               fikirlər irəli sürmüşlər. Məkkə və Mədinə əhlinə görə, surə
               33  ayədən,  Bəsrə,  Kufə  və  Şam  alimlərinə  görə  isə,  34
               ayədən ibarətdir. (2, c. XXI, səh. 138).

               Surənin nazil olma yeri
               Təfsir  alimlərinə  görə  “Loğman”  surəsinin  iki  ayəsini
               çıxmaq  şərtilə  qalan  bütün  ayələri  Məkkədə  nazil
               olmuşdur.  Qətadən  nəql  olunmuş  bir  hədisə  üstünlük
               verən  alimlər  onun  iki  ayəsini,  İbn  Abbasdan  gələn
               rəvayətə  əsaslanan  alimlər  isə  surənin  27-28-ci  ayələrini
               istisna  tutaraq  onun  Məkkədə  nazil  olduğunu  qeyd
               etmişlər. (3, c. XVI, səh. 468).
                  Cəfər Sübhani də surənin Məkkədə nazil olduğunu və
               buna görə də Məkki surələrindən sayıldığını qeyd etsə də,
               bəzi təfsirçilərə görə onun 27, 28 və 29-cu ayələrinin isə
               Mədinədə  nazil  olduğunu  bildirir.  Lakin  təfsirçilərin  bu
               fikirləri  ilə  tam  razılaşmayan  müəllif,  o  ayələrin  də
               Məkkədə nazil olmasını qeyd etmişdir. (1, səh. 19).

               Surənin nazil olma səbəbi
               Surənin  nazil  olma  səbəbinə  gəldikdə,  təfsir  kitablarında
               onun Nəzr bin Haris haqqında olduğunu yazırlar.
                  Xatırladaq ki, Nəzr bin Haris əcnəbi kitabları, xüsusilə
               də fars ədəbiyyatına aid kitabları alaraq oradakı “Rüstəm
               və    İsfəndiyar”    haqqındakı     dastanları    qüreyşlilərə
               danışarmış.  Onun  belə  dastanları  nəql  etməkdə  məqsədi
               isə  Peyğəmbərimizin  (s)  sözlərini  batil  etmək,  ona  qarşı
               cəbhə açmaq olmuşdur.
                  Çünki  mənbələr  Nəzrin:  “Məhəmməd  sizə  Ad  və
               Səmud  qövmlərindən  danışdığı  kimi,  mən  də  sizə
               “Rüstəm, İsfəndiyar və Bəhram”dan danışıram” – dediyini
               nəql edirlər.
   209   210   211   212   213   214   215   216   217   218   219