Page 216 - Pure Life 03
P. 216

198 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Müəllif  surənin  təfsirini  yazarkən  surənin  ilk  ayəsinin
               “müqəttəə” hərflərindən ibarət olduğunu, bu haqda təfsir əhlinin
               ümumi  fikir  və  nəzəriyyələrindən  bəhs  etmiş  və  daha  sonra  isə
               sözü gedən ayəni hədisi-şəriflər əsasında izah etməyə çalışmışdır.
               O,  bu  ayəni  izah  edərkən  X  əsrin  dahi  hədisşünaslarından  olan
               Şeyx Səduqun (915-991) belə nəql etdiyini yazır:
                  “Qüreyş  və  yəhudilər  Qurana  töhmət  vuraraq  onu  bir
               cadu  hesab  edirdilər.  Lakin  Allah  “Əlif.  Lam.  Mim.
               Zalikəl-Kitab”, – deyə buyurmuşdur. Yəni, ey Məhəmməd,
               sənə nazil etdiyimiz bu kitab hərflərdən - əlif, lam, mim –
               təşkil  edilib.  Sizə  göndərilən  bu  kitab,  danışdığınız  dildə
               nazil  edilib.  Əgər  doğru  deyirsinizsə,  qalxın,  bir-birinizə
               kömək etməklə onun qarşısını alın.” (1, səh. 19).

               Surənin adı
               Surənin  adı  Loğmanın  (ə)  şərəfinə  onun  adı  ilə
               adlandırılmışdır.  Çünki  adı  çəkilən  surədə  Loğmanın  (ə)
               öz  oğluna  etdiyi  nəsihətlərdən  bəhs  edilir.  Xatırladaq  ki,
               təfsir kitablarında bu surənin yalnız bir adı keçir. Halbuki
               başqa  surələrin  əksəriyyətinin  bir  neçə  adının  olması
               məlumdur. Nazil olma ardıcıllığı baxımından isə bu surə
               57-ci surə hesab olunur. O “Səba” surəsindən əvvəl, “əs-
               Saffat” surəsindən isə sonra nazil olmuşdur. (2, c. XXI, səh. 137-138).
                  Loğmanın  (ə)  kimliyinə  gəldikdə  isə,  onun  haqqında
               Əhməd  bin  Ömər  əl-Qürtubinin  (öl.  1258)  verdiyi
               məlumata görə o, Əykə əhlindəndir. (3, c. XVI, səh. 50).
                  Loğmanın  adının  etimologiyası  haqqında  təfsirçilər  müxtəlif
               fikirlər söyləyirlər. Bəzi alimlərə görə “Loğman” sözü ərəb mənşəli,
               digərlərinə görə isə, ərəbləşmiş əcnəbi sözüdür. (2, c. XXI, səh. 151).
                  Onun  nəsəbi  haqqında  iki  məşhur  fikir  vardır.  Birincisi
               budur  ki,  o,  Loğman  bin  Baura  bin  Nahur  bin  Tarixdir
               (İbrahim  peyğəmbərin  (ə)  qardaşı).  İkinci  görüşə  görə  isə,
               Loğman  bin  Ənqa  bin  Sərurdur  (Əyyub  peyğəmbərin  (ə)
               bacısı  oğlu  və  ya  xalası  oğlu)  (3,  c.  XVI,  səh.  467).
   211   212   213   214   215   216   217   218   219   220   221