Page 217 - Pure Life 03
P. 217

“LOĞMAN” SURƏSİNDƏ İNSANIN
                          ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ


                         (Ayətullah Cəfər Sübhaninin “Loğman
                        surəsinin təfsiri” əsəri kontekstində)

                                                                       1
                        Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev (Azərbaycan)
               Məqalənin qısa xülasısi
               Məqalədə,  dəyərli  alim  Ayətullah  Cəfər  Sübhaninin
               yazdığı  “Loğman  surəsinin  təfsiri”  adlı  məşhur  əsəri
               araşdırılmış,     Loğmanın       (ə)     görünüşü,      əxlaqi
               xüsusiyyətləri,  məqamı,  sənəti,  vətəni  haqda  məlumat
               verilmişdir. Həmçinin Loğman surəsinin nazil olma  yeri,
               nazil  olma  səbəbi,  surənin  əsas  hədəfi  barədə  ətaflı
               araşdırma aparılaraq geniş bəhs edilmidir.

               Giriş
               Dəyərli  alim  Cəfər  Sübhani  (doğ.  1928)  yazdığı  “Loğman
               surəsinin  təfsiri”  adlı  məşhur  əsərində  insanın  tərbiyəvi
               xüsusiyyətindən,  onun  kamilliyə  yetişməsində  ən  mühüm
               amillərdən biri kimi tərbiyənin rolundan bəhs etmişdir. Müəllif
               adını qeyd etdiyimiz əsərə ilk öncə müqəddimə yazmış, burada
               tərbiyə  sözünün  lüğəvi  və  əxlaqi-fəlsəfi  mənaları,  tərbiyəçinin
               əsas xüsusiyyətləri, insanın etik-mənəvi dəyərləri, insanın mənəvi
               təkamülünün yolları və s. haqqında geniş məlumatlar vermişdir.
                  Müqəddimədən  sonra  “Loğman”  surəsinin  mahiyyəti,
               surənin nazil olduğu yeri, surənin hədəfi, əsas xüsusiyyətləri,
               onun  tərbiyəvi  əhəmiyyəti,  bir  sözlə bu surənin tarix  boyu
               insanların  mənəvi  mədəniyyətinin  formalaşmasında  və
               kamilləşməsindəki rolundan bəhs etmişdir.


               1.  Fəlsəfə  üzrə  fəlsəfə  doktoru,  Bakı  İslam  Universitetinin  müəllimi,
               Bakı, Azərbaycan, quliyev.ibrahim.78@mail.ru
   212   213   214   215   216   217   218   219   220   221   222