Page 70 - Pure Life 04
P. 70

Baş redaktorun ön sözü



                      Tədqiqat,  elm  sahəsində  həyat  şərbəti  rolunu  oynayır.
                      Onun  inkişafı  elmin  sərhədlərinin  genişlənməsi  və
                      çiçəklənməsi deməkdir. Tədqiqat və araşdırma sahəsinə
                      diqqətsizlik  etmək,  elmi  inkişafın  zəifləməsi  və  sonda
                      tamamilə  məhvinə  gətirib  çıxarır.  Bu  da,  cəhlin
                      yaranmasına  şərait  yaradır.  Belə  ki,  müasir  dünyada
                      sağlam tədqiqatın olmamasının məhsulu olan “modern
                      cəhalətin” şahidi oluruq.
                              Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi
                      sahələrə daxil olmağın zərurətini çatdırır. Bu gün, islam
                      elmlərinin  müxtəlif  sahələri  beynəlxalq  aurada
                      araşdırılmalı və düzgün təqdim edilməlidir.
                              “PURE  LİFE”  jurnalı  əl-Mustafa  Virtual
                      Universitetinin  tələbələrinə  öz  elmi-tədqiqat  əsərlərini
                      buraya  təqdim  etmək  üçün  şərait  yaradaraq,  tələbə
                      əsərlərinin  elmi  səthini  inkişaf  etdirməyə  və  islami-
                      humanitar sahələrdə fəaliyyət göstərən araşdırmaçıların
                      əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
                              “PURE  LİFE”  jurnalı  hər  fəsldə,  bir  neçə
                      dildə,  elektron  versiyada  elmi  məqalələrlə  nəşr  edilir.
                      Bu nömrəmizdə,  xüsusi buraxılışımız: “İslam kültür ve
                      mədəniyyəti”  mözusundadır.  Jurnalda  Ingilis  və  Türk
                      və  Azərbaycan  və  Fransız  dillərində  altı  üstün  elmi
                      məqalə mövcuddur.
                  “PURE  LİFE”  jurnalı  Əl-Mustafa  nəşriyyat  şurasının,
               həmçinin,  İran  İslam  Respublikası  İslam  Mədəniyyəti  və
               İncəsənəti Nazirliyinin fərmanına əsasən, bu jurnal, əl-Mustafa
               Beynəlxalq  Virtual  Universitetinin  ilk  elmi-tədqiqat  gurnalı
               olaraq,  dəyərli  alimlərin  və  tələbələrin  elmi  əsərlərini  qəbul
               edir.
   65   66   67   68   69   70   71   72   73   74   75