Page 72 - Pure Life 04
P. 72
HƏYA DİNİ VƏ MİLLİ-MƏNƏVİ
DƏYƏRİMİZ KİMİ
(Hədisi-şəriflər və atalar sözləri kontekstində)
1
Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev (Azərbaycan)
Alınan Tarix: 05/09/2015 Qəbul Tarixi: 28/02/2016
Məqalənin xülasəsi
Azərbaycan xalqının milli-mədəni dəyərləri arasında,
mentalitetində abırlı olmaq, həyalı olmaq, həyanı qorumaq
özünəməxsus yer tutur. Hələ qədim zamanlardan azəri türkləri
öz ismətliliyi, abırlı, həyalı olması ilə tanınmış, həyasına,
ismətinə xələl gətirməkdənsə, ölməyi üstün tutmuşlar. İstər
qadın olsun, istərsə də kişi öz həyasını, abrını, ismətini
qorumağa çalışmış, bu yolda ölümə getməkdən belə
çəkinməmişlər. Şifahi xalq ədbiyyatında-nağıllarda,
bayatılarda, dastanlarda bu mövzuya tez-tez toxunulmuş, ən
önəmli mövzulardan birinə çevrilmişdir.
Açar sözlər: Həyalı olmaq, İslam, Quran, Məhəmməd (s)
Giriş
Həya sözü lüğətdə utanma, çəkinmə və s. mənalara gəlir.
Həmçinin əxlaq termini olaraq “nəfsin çirkin
davranışlardan narahat olub onları tərk etməsi”, “pis bir işin
edilməsindən və ya yaxşı bir işin tərk edilməsindən görə
insanın üzünü qızardan sıxıntı” kimi dəyişik şəkillərdə
açıqlanmışdır. Ərəb dilində qınama, tənqid, qürur qırıcı
davranış mənalarına gələn “ar” kəlməsi də dilimizdə
sinonim olaraq işlədilməkdədir. (1, c. XVI, səh. 554).
1. Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı İslam Universitetinin müəllimi,
Bakı, Azərbaycan, quliyev.ibrahim.78@mail.ru