Page 74 - Pure Life 04
P. 74

HƏYA DİNİ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRİMİZ KİMİ  /73

                  Allahın  Peyğəmbəri  (s):  “Hər  dinin  öz  təbiəti  vardır,
               İslamın təbiəti də həyadır.” (6, hədis № 5757).
                  İmam Sadiq (ə): “Həyası olmayanın imanı yoxdur.” (7,
               c. II, səh. 106 , hədis № 5).
                  Həyanın      qınanıldığı    hallar    haqqında      Allahın
               Peyğəmbəri  (s)  belə  buyurur:  “Həya  iki  növdür:  əqldən
               doğan  həya  və  ağılsızlıqdan  törəyən  həya.  Əqlin  həyası
               elmdir, axmaqlığın həyası isə cahillik.” (5, c. 77, səh. 149
               , hədis № 75).
                  İmam Əli (ə): “Utancaqlıq məhrumiyyətə yaxındır.” (6,
               hədis № 6714).
                  İmam Əli (ə): “Utancaqlıq ruzinin yolunda maneədir.”
               (6, hədis № 274).
                  İmam Əli (ə): “Kim haqqı deməyə utanırsa axmaqdır.”
               (6, hədis № 8650).
                  Həyasızlığın  nəticəsi  çox  ağır  olur.  Bunu  nəzərə  alan
               Allahın Peyğəmbəri (s) belə bəyan edir: “Peyğəmbərlərin
               (ə)  misallarından  xalq  arasında  bu  sözdən  başqa  bir  şey
               qalmayıb:  “Həyan  olmasa,  istədiyin  hər  işi  et.”  (8,  c.  II,
               səh. 95, hədis № 207).
                  İmam Əli (ə): “Xalqdan həya etməyən kəs, Sübhan olan
               Allahdan da həya etməz.” (6, hədis № 9071).
                  Allahın Peyğəmbəri (s): “Allahdan öz yaxşı qonşularından
               həya  etdiyin  kimi  həya  et.  Çünki  Allahdan  həya  etmək
               əminliyi artırar.” (5, c. 78, səh. 200, hədis № 28).
                  Allahın  Peyğəmbəri  (s):  “Hər  biriniz  gecə  və  gündüz
               sizin  kənarınızda  olan  iki  mehriban  qonşudan  həya
               etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya
               etməlisiniz.” (9, hədis № 5751).
                  İmam Kazim (ə): “Aşkarda insanlardan həya etdiyiniz
               kimi, gizlində də Allahdan həya edin.” (10, səh. 394).
   69   70   71   72   73   74   75   76   77   78   79