Page 75 - Pure Life 04
P. 75
(
74 / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Həya insanın insanlıq zirvəsi hesab olunur. Bu haqda
İmam Əli (ə) belə buyurur: “Həyanın zirvəsi, insanın özü-
özündən həya etməsidir.” (6, hədis № 6369).
Bütün bu deyilənlərdən əlavə İslam abır-həyalı olmağa
həvəsləndirməyi də vacib sayır.
İmam Əli (ə): “Malına ən çox xəsis olan insanlar, öz
abır-həyalarında daha əliaçıq olanlardır.” (6, hədis №
3190).
İmam Əli (ə): “Ən yaxşı sərvət odur ki, abır-həyanın
qorunmasına səbəb olsun.” (6, hədis № 3038).
İmam Əli (ə): “Kim öz abrını sevirsə, dava-dalaşdan
çəkinməlidir.” (11, hikmət-362).
Müsəlmanların heysiyyatına toxunmaqdan çəkinməyin
çox böyük savabı vardır. Bu haqda İmam Səccad (ə)
buyurur: “Kim müsəlmanların heysiyyatına toxunmaqdan
çəkinsə, Allah qiyamət günündə onun büdrəyişlərini
bağışlar.” (12, səh. 85, hədis № 195).
Peyğəmbər (s) həyanın İslam dinində mövqeyini
bildirmək üçün belə buyurmuşdur:
“Həya imandan bir şöbədir. Həyası olmayanın imanı
olmaz.”
İbnu Məsuddan gələn rəvayətdə belə deyilir:
“Peyğəmbər (s) “Allahdan haqqı ilə həya edin”
buyurdular. Biz: “Ey Allahın Rəsulu əlhəmdulillah, biz
Allahdan həya edirik” dedik. Ancaq O, bu açıqlamanı
etdi: “Söyləmək istədiyim bu deyil. Allahdan haqqı ilə
həya etmək, başı və onun daşıdıqlarını, bətni və onun
əhatə etdiklərini mühafizə etmən, ölümü və torpaqda
çürüməyi xatırlamandır. Kim axirəti istərsə dünya
həyatının zinətini tərk etməli, axirəti bu həyata
dəyişməlidir. Kim bu deyilənləri yerinə yetirərsə,
Allahdan haqqı ilə həya etmiş olur. (13, Qiyamət-25).