Page 73 - Pure Life 04
P. 73

(
               72  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
               Həya dininin milli-mənəvi dəyərlərimizdə təcəllası
               Uca  dinimiz  İslamda  utanmaq  hissi,  həya  çox  önəmli
               görülmüş,  insanın  həyalı  olması,  hətta  həyanın  imanla
               bilavasitə  sıx  əlaqədə  olması  açıq-aşkar  bildirilmişdir.
               Müqəddəs  kitabımız  olan  Qurani-kərimdə  üç  ayədə  həya
               kəlməsinin törəmələri keçməkdədir. (1, c. XVI, səh. 554).
               Allah taala Qurani-kərimdə belə buyurmuşdur:
                  “Allah həqiqəti söyləməkdən həya etməz.” (2, Əhzab-53).
                  Adətən  həya  edib  utanılacaq  bəzi  məsələlərin
               soruşulması və ya açıqlanması xüsusunda dinimiz həyanı
               doğru saymır. Həzrət Peyğəmbər (s) də yeri gəldiyi zaman
               o cür mövzulara bu ayəni oxuyaraq çəkinmədən girmişdir.
               Peyğəmbər  (s)  “Həyanın  tamamı  xeyirdir”  deməklə  hər
               növ  çirkinlik,  haqsızlıq  və  pisliklərdən  çəkinmə  və
               qaçmanın      xeyir   olduğunu      bildirmişdir.   Həmçinin
               Peyğəmbərimiz (s) həyanın insanlıq tarixindəki yerini də
               belə müəyyən etmişdir:
                  “Şübhəsiz  ki,  insanların  peyğəmbərlik  sözlərindən  ilk
               eşitdikləri şey: “Utanmırsan istədiyini et” ifadəsidir.
                  Peyğəmbərimizin (s) “utanmırsan dilədiyini et” ifadəsinin
               mənası  belədir:  Bir  şeyi  etmək  istədiyində  əgər  etdiyindən
               dolayı  Allahdan  və  insanlardan  utanmırsa,  istədiyini  edər,
               əks halda etməz. İslam tamamilə bu əsas üzərində cərəyan
               edir.  Buna  görə  Peyğəmbərimizin  (s)  “istədiyini  et”  sözü
               mübah olan mövqeyindədir. (4, səh. 101).
                  İmam Əlinin (ə) həya haqqındakı aşağıdakı fikirləri çox
               önəmli əhəmiyyət daşıyır. Belə ki, İmam (ə) belə buyurur:
                  “Həya  hər  gözəlliyə  və  yaxşılığa  çatmaq  üçün
               vasitədir.” (5, c. 77, səh. 211 , hədis № 1).
                   “Həya bütün yaxşılıqların açarıdır.” (6, hədis № 340).
                   “İnsanların ən ağıllısı onların ən həyalısıdır.” (6, hədis № 2900).
                   “Həya pisliyə mane olar.” (6, hədis № 1393).
                   “Həya iffətliliyin səbəbidir.” (6, hədis № 5527).
   68   69   70   71   72   73   74   75   76   77   78