Page 92 - Pure Life 04
P. 92

DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /91

                  •   Yaxşılıq etmək - bütün dinlərin ortaq dəyərlərindən
               hesab  olunur.  Dinlər  öz  ardıcıllarına  yaxşılıq  etməyi,
               insanlara  xidmət  etməyi  əmr  etmişdir.  Çünki,  yaxşılıq
               etmək dindarlığın bir nişanəsidir.
                  İslamda  yaxşılıq  etmək  dinin  əsaslarından  biri  hesab
               olunur. “Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər
               və qadınlar Cənnətə daxil olarlar.
                  Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!” (Nisa –
               124) Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik
               etsə, zərəri özünə olar! (Casiyə - 15).
                  İslam  dini  yardım  etməyi  və  yaxşılığı  kimsəni
               incitmədən,  Allaha  xatir  etməyi  əmr  etmişdir.  “Ey  iman
               gətirənlər! Sədəqələrinizi, malını riyakarlıqla (özünü xalqa
               göstərmək  üçün)  sərf  edən,  Allaha  və  axirət  gününə
               inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə
               puça çıxarmayın.” (Bəqərə - 264)
                  İslam dinində yaxşılıq etmək çox yönlü bir davranışdır.
               Yolda qalmış birinə kömək etməkdən xəstə ziyarətinə, bir
               yetimin  başına  sığal  çəkməkdən  bir  insana  təbəssüm
               etməyə,  ehtiyac  sahibinə  kömək  etməkdən  heyvanlara
               şəfqət  göstərməyə  qədər  bir  çox  gözəl  davranışları
               özümdə cəmləmişdir.
                  Yaxşılıq  etmək  yəhudiyilin  də  diqqət  etdiyi  vacib
               əxlaqi  qanunlardandır.  Yəhudilərin  kitabı  Tövratda  hər
               yəhudinin  imkanı  daxilində  yardım  etməsi  buyurulub.
               “Əlindən  gəldiyi  qədər  ehtiyacı  olanlardan  yaxşılığı
               əsigəmə” (Müqəddəs kitab, Süleymanın sözləri 3/ 27) “Bir
               qardaşın  yoxsullaşıb  möhtac  olarsa,  ona  kömək
               etməlisən.” (Levlilər 25/ 35)
                  Xristianlıqda    yaxşılıq    və    yardım    etmə     əbədi
               xoşbəxtliyin yollarında biri olaraq qəbul edilir.
   87   88   89   90   91   92   93   94   95   96   97