Page 66 - Pure Life 07
P. 66

(
                     /

                   170  PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     Aşura günü Bəkr ibn Vail qəbiləsindən olan bir
                  qadın,  Ömər  ibn  Sədin  qoşununun  namərd
                  əməllərini gördükdə qeyrəti cuşa gəldi.
                     O, qılıncını çəkərək Şümrün qoşununda yer alan
                  qəbilə kişilərinə dedi: «Ey Bəkr ibn Vail qəbiləsi!
                  Nə  üçün  sakitcə  durub,  Peyğəmbərin  (s)  ailəsinin
                  xeymələrinin  qarət  edilib,  yandırılmasına  tamaşa
                  edirsiniz?  Kişiliyiniz  və  qeyrətiniz  yoxdurmu?”
                  Amma  onun  qəbiləsinin  üzvləri  qəzəblənib  qadını
                                                          1
                  zorla sürüyərək özləri ilə apardılar.
                     9. Kərbəla şəhidlərini dəfn etdilər
                  Aşura  vaqiəsindən  sonra  Bəni-Əsəd  qəbiləsinin
                  qadınları  Əhli-beyt  xanımlarına  mənəvi  dayaq
                  olmaq üçün Kərbəlaya gəldilər. Onlar şəhid olmuş
                  şəxslərin  bədənlərinin  dəfn  olunmadığını  görüb,
                  qəzəbli  halda  ərlərinin  yanına  qayıdaraq  belə
                  söylədilər:  «Siz  Hüseynə  (ə)  kömək  etmədiyinizə
                  görə     Allah-taalanın      hüzurunda       nə    bəhanə
                  gətirəcəksiniz?  Ey  bədbəxtlər,  heç  olmasa  qalxın,
                  şəhidlərin doğranmış bədənlərini dəfn edin.»
                     Bunu  eşidən  Bəni-Əsəd  qəbiləsinin  kişiləri
                  xəcalət  çəkərək,  utandılar.  Və  Kərbəla  şəhidlərini
                                                             2
                  dəfn etmək üçün oraya yola düşdülər.
                     Bəli,  əziz  oxucu,  müsəlman  qadınlar  bütün  bu
                  hərəkətlərilə    qadın     əzəmətinin     və    iqtidarının
                  müqəddəsliyini  sübut  etməklə  yanaşı,  haqla  batilin


                  1.  Şeyx  Abbas  Qumi,  «Müntəhəl-əmal»,  c.  2,  səh.  289;  Şeyx
                  Abbas Qumi, «Nəfsül-məhmum», səh. 174.
                  2. Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətində», səh. 405.
   61   62   63   64   65   66   67   68   69   70   71