Page 67 - Pure Life 07
P. 67
Kərbəla qiyamında qadınların rolu / 169
Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə
də düşmən tərəfindən Aşura günü amansızcasına
1
öldürüldü.
8. Cinayətkarlara etiraz etdilər
Kərbəla cinayətkarlarından bə`zilərinin arvadları öz
ərlərinin insaniyyətdən uzaq mənfur əməllərinə
qarşı e`tiraz edərək, onları kəskin çıxışları ilə
tənqid etdilər.
Bu bir halda baş verirdi ki, Hüseynin (ə) qatilləri
dırnaqarası qələbəsini təntənə ilə qeyd edirdi. Hər
an onların qəzəblənərək, e`tiraz edən şəxsləri
öldürmək qorxusu var idi.
Yezid ibn Müaviyənin arvadı Hind binti
Abdullah ibn Amir onun cinayətlərinə e`tiraz
edərək dedi: «Ey Yezid, Allah sənə lə`nət etsin.
Sən artıq mənim ərim deyilsən.
Vay olsun sənə! Qiyamət günü nə üzlə Allahın
2
və Peyğəmbərin (s) qarşısında dayanacaqsan?»
Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş
başını İbn Ziyada aparan şəxsin) arvadları Əyyuf
və Nivar da ona e`tiraz edərək, arxa çevirdilər. Və
3
bir daha heç vaxt onunla danışmadılar.
1. Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən», səh. 212.
2. Ibid, səh. 484; Əbu Məxnəf, «Məqtəlül- Hüseyn (ə) », səh. 187-189.
3. Müqərrəm, «Məqtəlül-Hüseyn (ə) », səh. 375; «Məalis-
sibteyn», c. 2, səh. 93.