Page 70 - Pure Life 07
P. 70
166 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
4. Səbir və dözüm dərsi verdilər
Kərbəlada müsəlman qadınları yüksək əzm və
dözüm nümayiş etdirərək bütün azadələrə ibrət
dərsi oldular.
1
Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası
ərinin ardınca oğlunun da şəhid olduğunu izlədiyi
zaman, daşürəkli düşmən qoşunu oğlunun kəsilmiş
başını anasına doğru tulladı.
Cəsarətli qadın isə oğlunun başını götürüb,
vüqarla düşmənə doğru irəlilədi və onu zülmkar
dəstəyə sarı atıb dedi: «Biz Allah yolunda
verdiyimiz qurbanları geri almırıq!»
5. Əhli-beyti himayə etdilər
Vəfalı mö`min qadınlar, ən ağır, acınacaqlı hallarda
belə İmam Hüseynin (ə) ailəsini tənha qoymayaraq,
onları tərk etmədilər. Özlərinin sığınmağa
pənahgahı olduqları halda da, Əhli-beytlə (ə)
birlikdə əsirliyə qatlanaraq, çoxlu əzab-əziyyətə
dözdülər.
Şəhidlərin ağası Həzrət Hüseyn (ə) döyüş gecəsi
öz tərəfdarlarını bir yerə toplayaraq, şəhid
olacaqlarını, arvad-uşaqlarının əsir düşəcəyini
xəbər verdi.
Elə buna görə də, əshabına öz ailələrini
yaxınlıqda məskunlaşan Bəni-Əsəd qəbiləsinə
apararaq, onlara tapşırmalarını təklif etdi.
1. «Tarixi-Təbəri», c. 3, səh. 322; Xarəzmi, «Məqtəl», c. 2, səh. 12-13.