Page 71 - Pure Life 07
P. 71

Kərbəla qiyamında qadınların rolu  / 165

                                               1
                     Müslim ibn Ovsəcənin   Ümm Xələf adlı  arvadı
                                                                    2
                  ərinin  şəhid  olduğunu  öz  gözlərilə  seyr  etdikdən
                  sonra, oğlu Xələfi döyüş meydanına göndərdi.
                     Amma  İmam  Hüseyn  (ə)  Xələfin  anasının
                  kimsəsiz  qalmaması  üçün  dedi:  «Ey  cavan!  Atan
                  igidliklə şəhid oldu. Əgər sən də şəhid olsan, anan
                  Ümm  Xələf  köməksiz  qalar  və  bu  azğın  səhrada
                  kimə  pənah  aparar?»  İmamın  (ə)  söylədiklərini
                  diqqətlə dinləyən Xələf ibn Müslim azca tərəddüd
                  edərək, geriyə anasının yanına qayıtdı.
                     Lakin  rəşadətli,  cəsur  qadın  olan  Ümm  Xələf
                  oğluna  belə  əmr  etdi:  «Oğlum,  döyüşə  getməsən,
                  Peyğəmbərin  övladı  Hüseynə  (ə)  kömək  edərək,
                  düşmənlərinə  qarşı  vuruşmasan  həyatım  boyu
                  səndən razı olmayacağam!»
                     Xələf  anasının  əmrilə  ruhlanaraq  döyüşə  atıldı
                  və şəhid oldu.
                                                                        3
                     Əmr  ibn  Cünadənin  anası  Bəhriyyə  xanım   da,
                  əri Cünadə ibn Kəəb Ənsarinin düşmən tərəfindən
                  qətlə  yetirildiyini  gördükdən  sonra  on  bir  yaşlı
                  oğlunu vuruşmaq üçün göndərdi.
                     İmam Hüseynin (ə) gözləri Əmr ibn Cünadəyə sataşdıqda,
                  ona buyurdu: «Bu cavanın atası indicə şəhid oldu.


                  1.  Məhəmməd  Füzuli,  «Hədiqətüs-süəda”  adlı  əsərində  Müslim
                  ibn Ovsəcəni milliyyətcə azəri türkü olduğunu iddia edir.
                  2.  Cavad  Mühəddisi,  «Aşura  şüarları»,  səh.  247;  Doktor  Əli
                  Qaimi, «Aşura tarixində qadınların rolu», səh. 62-63.
                  3. Seyid Ətaullah Muhacirani, «Aşura elçiləri», səh. 44; Mürtəza
                  Mütəhhəri,  «Hüseyn  (ə)  inqilabı»,  c.  2,  səh.  174;  «Doktor  Əli
                  Qaimi, «Aşura tarixində qadınların rolu», səh. 72-73.
   66   67   68   69   70   71   72   73   74   75   76