Page 69 - Pure Life 07
P. 69

Kərbəla qiyamında qadınların rolu  / 167

                     Əli  ibn  Məzahir   Bunu  eşitdikdə  ayağa  qalxıb
                                         1
                  xeyməsinə,  öz  ailəsinin  yanına  getdi  və  İmamın
                  təklifini ona söylədi.
                     Amma       bunu      eşidən    həyat     yoldaşı     elə
                  həyəcanlandı ki, başını xeymənin dirəyinə vuraraq
                  dedi:  «Sən  necə  rəva  bilirsən  ki,  Peyğəmbərin  (s)
                  övladlarını göz yaşları içərisində, əsir tutaraq əzab
                  verə-verə  aparsınlar,  amma  sənin  ailən  Bəni-Əsəd
                  qəbiləsinin pənahında rahat yaşasın?
                     Sən  necə  qıyırsan  ki,  Peyğəmbərin  (s)  ailəsini
                  qarət  etsinlər  amma  mən  onları  tənha  qoyaraq
                  Bəni-Əsəd  qəbiləsinin  xeyməsində  vicdanımın
                  mühakiməsindən qaçaraq, asudə ömür sürüm?
                     Necə ola bilər ki, sən İmam Hüseynə (ə) kömək
                  edib, qiyamət günü Peyğəmbərin (s) hüzurunda üzü
                  ağ  olasan,  lakin  mən  yalnız  özümü  düşünərək,
                  onun  ailəsini  bu  dəhşətli  günlərdə  tənha  qoyub,
                  Həzrət Fatimənin (ə) yanında üzüqara olum?
                     Allaha  and  olsun  ki,  mən  Əhli-beyt  (ə)
                  xanımlarını köməksiz qoymayacağam! Mən heç bir
                  yerə getməyəcəyəm.»













                  1. «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə)», səh. 411-412; Zəhra
                  Fəxr Ruhani, «Qadınların Hüseyn (ə) qiyamında rolu», səh.19.
   64   65   66   67   68   69   70   71   72   73   74