Page 213 - Pure Life 09
P. 213

Siyasət Elminə bir Baxış/ 257


                      Biz burada xatırladılan elmlərlə siyasətə məxsus
                  olan  rabitənin  ardınca  deyilik  və  eyni  zamanda,
                  digər elmlərin siyasətlə əsla bağlılığının olmadığını
                  da  söyləmirik,  əksinə  xatırladılan  elmlərin  daha
                  çox və daha aşkar şəkildə siyasətlə rabitəyə malik
                  olduğunu       vurğulayırıq.      Həmçinin,      siyasətin
                  riyaziyyat, ekologiya, ədəbiyyat, incəsənət və sairə
                  kimi  elmlərlə  rabitəsini  asanlıqla  inkar  etməyin
                  mümkün olmadığını bildiririk.
                      Bu  minvalla,  siyasi  sistemin  tərifində  siyasətin
                  tərifindən,  məsələlərin  tənzimlənmə  keyfiyyəti  və
                  idarəetmə üslubu, siyasət mövzusunun üçlük təşkil
                  edən  rabitə,  iqtisadi  və  mədəni  məfhumundan
                  faydalanma  xüsusi  diqqət  mərkəzində  dayanır  və
                  təkamül ünsürü və onun varlığına şamil olan iradə
                  aşkarcasına nəzərə çarpır.
                      Bəhsimizin  sonunda  digərlərinin  siyasi  sistem
                  və onu dövlət, hökumət və ölkə kimi məfhumlarla
                  eyni  hesab  etməsi  ilə  bağlı  irəli  sürdüyü  təriflərlə
                  təqdim  etdiyimiz  tərifləri  müqayisə  etmək  və
                  fərqləndirmək  məqsədi  ilə  bu  üç  terminin  bəyan
                  edilməsi  nəzərdə  tutulmuş  və  bu  araşdırmanın
                  kənarında  siyasi  sistem  çərçivəsində  onların  hər
                  birinin məfhumi yeri müəyyən edilmişdir.
   208   209   210   211   212   213   214   215   216   217   218