Page 217 - Pure Life 09
P. 217
Siyasət Elminə bir Baxış/ 253
Bu xüsusiyyətlər bir ölkəni digərindən fərqləndirib
müəyyən edən xüsusiyyətlərdir. Günümüzdə siyasi
ürfdə ölkə fiziki bir vahid ünvanında onda qüdrətin
silsiləvi mərhələlərini müşahidə etməyin mümkün
olduğu ən əsas siyasi mərkəzdir.
Ölkə müxtəlif təşkilatları əhatə edir və bir qayda
olaraq, beynəlxalq cəmiyyətdə siyasi bir vahid kimi
tanınır və ölkənin var olması ilə siyasi bir cəmiyyətin
daxili və xarici məsələlərin idarə edilməsinin təşkili və
hökumətə malik olan rabitələrin bərqərar edilmə qaydası
və siyasi sistem növü məna və məfhum kəsb etmiş olur.
Keçmişdə bütün bu məfhumların yerinə
“dövlət” kəlməsi istifadə olunurdu. Belə olduğu
halda, dövlətdə məqsəd icraedici orqan və
nazirliklər deyildi, əksinə beynəlxalq arenada
siyasi bir vahidi ifadə edirdi. Lakin dövlət
tərəfindən yuxarıda xatırladılan müxtəlif
məfhumlar səbəbi ilə “ölkə” sözündən istifadə
edilirdi. Amma bu sözlərin bəzisini nəzərdə tutulan
məfhumları çatdırmaqda yetərsiz hesab edir və
nəticədə, “dövlət-ölkə” ifadəsindən istifadə edirlər.
Ölkə məfhumunun real şəkildə gerçəkləşməsi
üçün bəzi ünsürlərə ehtiyac vardır və yalnız həmin
ünsür və amillər bir yerə toplandığı (birləşdiyi)
halda ölkə tanınavə müəyyən oluna bilir. Bu
amillər aşağıdakılardan ibarətdir:
1
Cəmiyyət, ərazi və hökumət.
1. Mədəni, “Məbani və kulliyyate ulume seyasi”, səh. 289.