Page 214 - Pure Life 09
P. 214

(
                      /

                  256  PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)


                      Siyasət,  siyasət  elmi  (politologiya),  siyasət
                  elminin  digər  elmlərlə  rabitəsi,  siyasi  sistem  və
                  onun bəzən “siyasi sistem”in yerinə istifadə edilən
                  dövlət, hökumət və ölkə kimi terminlərlə rabitəsi.
                      Terminlər  adətən,  eyni  sözlərlə  istifadə
                  edilməsinə baxmayaraq, onlar məfhum baxımından
                  müxtəlif  mənalardan  yararlanırlar  və  bunun
                  səbəbini  dünya  görüşü  və  düşüncə  sisteminin
                  fərqliliyində axtarmaq lazımdır.
                      İslam  münəzzəm  bir  düşüncə  (ideologiya)
                  sistemi ilə öz ardıcılları üçün siyasi sistem və onun
                  məfhumi  stukturları  barəsində  digər  məktəblərdən
                  fərqli olan təhlillər təqdim edir. Beləliklə, İslamla
                  uyğun  olan  siyasətə  tərif  vermək  istədiyimiz
                  zaman, yaxşı olar ki, bir sıra cəhətləri nəzərə alaq.
                      O    cümlədən:       Hədəfə     malik  olmaq         və
                  axirətyönlülük, vilayət və rəhbərlik, əhatəlilik, insan
                  və  cəmiyyətin  təkamül  hərəkəti,  iradə  və  ixtiyar,
                  həqiqətlərə  diqqət  yetirmək  və  təşviq  və  tənbehin
                  tərbiyəvi  rolu.  Bu  xüsusiyyətlərlə  mövzunun  əhatə
                  dairəsinin  genişliyi  ilə  bağlı  ümumi  və  xüsusi
                  olmaqla iki növ tərif əldə edə bilirik.
                      Siyasət  məfhumunun  bəyanı  (izahı)  tamamilə
                  siyasətlə bağlı verilən tərifə əsaslanır və siyasət elmi
                  insan maarifi və insan biliyi ilə rabitə mənzuməsində
                  formalaşdığı  üçün,  məcburən  rabitə  növü  və  onun
                  digər  elmlərə  fayda  vermək,  yaxud  onlardan
                  faydalanmaq mizanını müəyyən etmək zəruridir.
   209   210   211   212   213   214   215   216   217   218   219