Page 218 - Pure Life 09
P. 218

(
                    252  PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
                        /



                         Bir  fərd  və  ya  fərdlərin  müəyyən  bir  zamanda
                         cəmiyyətə hökmranlığı öhdəsinə götürməsinə hökumət
                         deyilir. Həqiqətdə bu məna cəmiyyətdə qanunu təyin
                         edən və onu bəyan edən kəslərə şamil olur.
                      -  Hökumət  qanunverici  qüvvə  müqabilindəki
                         icraedici  qüvvəni  ifadə  edən  günümüzdəki
                         hökumət  mənasını  ifadə  edir.  Bu  mənada
                         birinci mənadan fərqli olaraq şəxslər mövzunun
                         əsasını  təşkil  etmir,  əksinə  icraedici  orqanlar
                         qanunun  icra  edilməsinə  zamin  durmaq  və
                         onun təmin olunması ilə məsuldurlar.
                      -  Hökumət qanunu təyin və icra edən siyasətçilər
                         qrupuna  şamildir.  Bu  mənada  hökumətin
                         məcmusu məhdudlaşaraq yalnız nümayəndələr
                         və  ya  partiyalar  daxilindəki  kabinetin  üzvləri,
                         yaxud  kabinetin  əsas  özəyini,  yaxud  da,
                         ehtimalən təkcə baş nazir və ya prezident şamil
                                                               1
                         olmaqla kiçik bir qismi əhatə edir.
                         3. Ölkə
                  Ölkə  ərazi,  cəmiyyət  və  hakimiyyət  meyarları
                  daxilində siyasi sistemin formalaşdığı yerdir. Yəni,
                  coğrafi  sərhədlər,  hakimiyyətin  hüdudları  və
                  müstəqilliyi  müəyyən  edən  ərazidən  əlavə,
                  cəmiyyət sərhədi və ya başqa bir ifadə ilə desək, bu
                  sərhədin  bariz  tabeçiliyində  olan  milliyyət,  qövm
                  və ümmət kimi məsələlərə şamil olur.



                  1. Müraciət edin: Andryu Vinsent, “Nəzəriyyehaye dovlət”,
                  səh. 55-56. Tərcümə: Hüseyn Bəşiriyye.
   213   214   215   216   217   218   219   220   221   222   223