Page 216 - Pure Life 09
P. 216

(
                       /
                   254  PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)


                      Bir ölkəni təşkil edən ilkin əsas amil daimi olan
                  bir  cəmiyyətdir.  Ona  görə  ki,  heç  bir  məkanı
                  cəmiyyətsiz olduğu halda, ölkə adlandırmaq olmaz.
                  Əlbəttə,  müəyyən  bir  zamanda  hansısa  bir  ölkədə
                  yaşayan bütün fərdləri də həmin ölkənin cəmiyyəti
                  hesab etmək olmaz.
                      Əksinə, yalnız həmin ölkənin tabeçiliyində olan
                  kəsləri  o  ölkənin  cəmiyyətindən  saymaq  olar.
                  Beləliklə,  müxtəlif  ünvanlarla,  məsələn,  təhsil,
                  ticarət, istehsal, müalicə, ziyarət, səyahət, sığınacaq
                  və  bunun  kimi  adlarla  hansısa  bir  ölkədə  olan
                  kəslər  üzunmüddətli  və  ya  daimi  məskunlaşmağa
                  malik  olmalarına  baxmayaraq,  həmin  ölkənin
                  vətəndaşlığını əldə etməyənə qədər yadelli (xarici)
                  hesab olunurlar.
                      Bəzən  ölkənin  cəmiyyətinə  “millət”  ünvanı  da
                  şamil  olur  və  bu,  ölkəni  təşkil  edən  əksəriyyətlə
                  müəyyən bir qrup arasında həmahəngliyin meydana
                  çıxdığı, istək və arzuların bir-birinə qarışdığı, adət-
                  ənənə,  metod  və  dil  müştərəkliyi  onları  bir-birnə
                  bağladığı  və  onların  ölkənin  hər  yerinə  yayıldığı
                  (hər yerdə məskunlaşdığı) zaman baş verir.
                      Əlbəttə,  bəzən  bir  millət  hansısa  bir  ölkənin
                  ərazil  hüdudları  ilə  xülasələnmir,  əksinə  bir  neçə
                  ölkə  vahid  bir  milləti  təşkil  edə  bilər.  Məsələn,
                  vahid  bir  millət  olan  ərəblər  çoxlu  saydakı
                  ölkələrdə  pərakəndə  olmuşlar.  İslamda  milli
                  bağlılıq  yaradan  ünsür  “din”dir  və  ondan
                  formalaşan məcmu “ümmət” adlanır.
   211   212   213   214   215   216   217   218   219   220   221