Page 142 - Pure Life 11
P. 142
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /141
Kişi və yaxud qadın olmasından asılı olmasına
baxmayaraq, digər tərəfi internetdə, sosial şəbəkələrdə,
sosial mediada hər hansı bir şəxslərlə yazışmasını və
yaxud virtual olaraq münasibətdə olduğunu əsas gətirib və
bu da ona xəyanət etməsi fikrinə gəlir ki, sonda
boşanmaya səbəb olur.
Cütlüklərin bir-birinə, yaxud övladlarına ayırdığı vaxt
sosial şəbəkələrə ayrılan vaxtdan daha az olur. Bu da
münasibətlərdə uçuruma gətirib çıxarır.
Bir çox evli cütlüklər evində danışmaq əvəzinə artıq
internetlə ünsiyyət qurur. Ər-arvaddan biri internet
başında vaxt keçirib əylənir, yoldaşı isə təkliyin verdiyi
təsirdən psixoloji problemlər yaşayır. Sosial heç bir şeyi
paylaşmayan cütlüklər zamanla bir-birilərindən
uzaqlaşmağa başlayır və boşanmalar artır. Əlaqədəki
uzaqlaşmalar həyəcan və qayğıları da artırır. Virtual
mühitdə xəyanət, ya da problemlə əlaqədar şübhələr
cütlərin bir-birlərinə olan etibarlarını da zədələyir. Bu
vəziyyətdə depressiya riski artır.
Kompüterdən istifadə edən insanların ayrı-ayrı sosial
şəbəkələrdə “dövr etməsi”, dostluq və tanışlıqlar şəbəkəsi
isə artıq gündəlik normaya çevrilməkdədir. Amma bəlkə
heç birimiz təsəvvür eləmirik ki, ilk baxışdan çox
cəlbedici, dostlarla bol görünən bu virtual dünya real
həyatımızda müxtəlif problemlərə yol açır.
Sosial şəbəkə” termini elmi leksikona 1954-cü ildə
ingilis sosioloq Barns tərəfindən daxil edilib. Tərifə görə,
sosial şəbəkə sosial obyektlərdən (birlik, sosial qrup,
insan) ibarət olan qovşaqları birləşdirən sosial strukturdur.
İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan
saytdır. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı
illərinin ortalarına təsadüf edir.