Page 143 - Pure Life 11
P. 143
/
(
142 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Bu Odnoklassniki.ru-nun sələfi hesab edilən
classmates.com idi. 1999-cu ildə yaradılan Livejournal,
2003-cü ildə meydana çıxan MySpace də öz növbəsində
xeyli populyarlıq qazandı. Hazırda sosial şəbəkələr
içərisində ən populyarı 2004-cü ildə yaradılmış Facebook
hesab edilir. 2006-cı ildə Rusiyada yaradılan
Odnoklassniki və V kontakte- də xeyli populyardır.
2011-ci il fevralın 1-nə olan məlumata əsasən, bu ilin
yanvar ayı ərzində Facebook sosial şəbəkəsində qeydə
alınmış Azərbaycan istifadəçilərinin sayı 12,4 faiz və ya
38,2 min nəfər artaraq 312 720 nəfərə çatıb. Azərbaycan
əhalisinin 3,7 faizi və ölkədə mövcud internet
istifadəçilərinin 8,4 faizi Facebook-dan yararlanır. Bu isə
o deməkdir ki, Azərbaycan vətəndaşlarının hər 27
nəfərindən biri Facebook istifadəçisidir.
Sözügedən şəbəkədən Azərbaycanda istifadə edənlərin
50 faizi 18-24 yaş qrupuna, 26 faizi 25-34 yaş qrupuna, 9
faizi 16-17 yaş qrupuna, 6 faizi 13-15 və 35-44 yaş
qruplarına, 2 faizi 45-54 yaş qrupuna, 1 faizi isə 56-64 və
65-dən yuxarı yaş qruplarına aiddir. Azərbaycanda
Facebook-dan istifadə edənlərin 63 faizi kişilərdir.
Hazırda Azərbaycan Fecebook şəbəkəsində
istifadəçilərin sayına görə Latviya, Qazaxıstan, Belarus,
Moldova, Ermənistan, Özbəkistan, Qırğızıstan,
Türkmənistan, və Tacikistanı qabaqlayaraq 94-cü yeri
tutur. Rusiya bu siyahıda 3 663 900 istifadəçi ilə 29-cu
yerdə qərarlaşıb.
Qeyd edək ki, Facebook sosial şəbəkəsinin
istifadəçilərinin ümumi sayı 618 517 020-yə çatıb. Sosial
şəbəkələrdən istifadə ailədaxili münasibətlərə ləkə gətirir
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev
bildirib ki, sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin