Page 122 - Islamic Studies 01
P. 122
Qurani-Kərimdə Peyğəmbərə (s)... / (121
həm sünni və həm də şiyə mənbələrində həddən artıq çox
gəlmişdir və digər Quran ayələri və hədislər işığında öz
gücünü daha da artırır. “İman gətirənlər”in cəm şəklində
gəlməsini başqa prizmadan nəzər yetirsək, adı çəkilən
rəhbərlərin təkcə Əli (ə) ilə bitmədiyinə, digər Əhli-beyt
İmamlarına (ə) də şamil olduğu nəticəsinə gəlirik. Aşağıda
Əhli-beyt İmamların dilindən gətirəcəyimiz hədis buna bir
dəlildir: “ Əhməd b . İsa, Əbu Abdullahdan (Cəfəri Sadiq (ə)) :
“Sizin himadəyarınız ancaq Allah, Rəsulu və iman
edənlərdir” ayəsi ilə əlaqədar olaraq belə rəvayət etmişdir:
1
“Sizə ən layiq olan və sizin işlərinizi, özünüzü və mallarınızı
idarə etməyə ən çox haqq sahibi olanlar Allah, Rəsulu və
imam gətirənlərdir. Burada keçən iman gətirənlərdə məqsəd,
Əli (ə) və onun nəslindən qiyamət gününə qədər gələcək
İmamlardır. Sonra Allah onları vəsf etmiş və belə
buyurmuşdur: “ Onlar ki, ram olaraq namazı qılar, zəkatı
2
verirlər” . Əmirəlmöminin (ə) bir gün zöhr namazını qılarkən,
ikinci rükətdə ruku halında əynində min dinar dəyərində bir
əba var idi. Bu əbanı Nəcaşi Peyğəmbərə (s) hədiyyə etmiş,
Peyğəmbərimiz (s) də Əliyə (ə) geyindirmişdi. Bir dilənçi
gəldi və belə dedi: “Əssəlamu aleykə ey Allahın dostu və
möminlərə canlarından yaxın olan kəs! Bu miskinə bir sədəqə
ver”. Əli (ə) əbanı əynindən aşağı doğru sürüşdürdü və ona
götürüb geyinməsini işarə etdi. Buna görə onun haqqında bu
ayə nazil odu. Əzzə və Cəllə olan Allah onun uşaqlarının
verdikləri sədəqələri də onun sədəqəsinə qatdı və hamısını bir
hesab etdi. Buna görə də onun nəslindən İmamlıq məqamına
çatan bir kəs, onun kimi bu keyfiyyətə sahib olur. Beləcə
1. Qurani –Kərim, “Maidə” surəsi, ayə 55
2. Qurani-Kərim, “Maidə” surəsi, ayə 55.