Page 120 - Islamic Studies 01
P. 120
Qurani-Kərimdə Peyğəmbərə (s)... / (119
Allah, ümmətə köməkçi olma mənasındakı vəliliyi Peyğəmbər
əfəndimizə (s) izafə etməmişdir. Bütün bunlardan çıxan ortaq
nəticəyə görə Peyğəmbərimizin(s), ümməti Allaha sövq etmə,
onları idarə etmə və aralarında hökm vermə mövzusunda onlar
üzərində vəlilik səlahiyyəti vardır. Onlar da ona mütləq
mənada itaət etməklə öhdəçiliklidirlər. Buna görə
Peyğəmbərimizin (s) vəliliyi Allahın teşrii vəliliyinin əhatəsinə
girər. Bununla bunu nəzərdə tuturuq: Peyğəmbərimizə (s)
ümmətin öndəri olaraq itaət etmək fərzdir. Çünki ona itaət,
Allaha itaət və onun vəlayəti Allahın vəlayətidir. Az əvvəl
oxuduğumuz ayələrin bir qisimi bunun dəlilidir. Bu ayələr
1
kimi: "Allaha itaət edin, Peyğəmbərə itaət edin." "Allah və
2
Peyğəmbər bir işdə hökm verdikləri zaman..." Bu mənadakı
digər ayələr də elədir. "Sizin vəliniz ancaq Allah, ONun Elçisi
3
və... möminlərdir." ayəsində Allaha və ONun Rəsuluna ətf
edilərək möminlər üçün söz mövzusu edilən vəlilik də, Allah
və Peyğəmbərimiz üçün sabit olan bu mənadakı vəliliyin
eynisidir. Çünki ayənin axışı, bu vəliliyin bir vəlilik olduğunu
və bu vəliliyin uca Allahdan asılı olaraq və Allahın icazəsi ilə
də Peyğəmbərin və ayədə sözü keçən möminlərin haqqı
olduğunu göstərir. Əgər ayədə Allaha izafə edilən vəlilik,
möminlərə izafə edilən vəlilikdən başqa növdə olsaydı, səhv
anlama ehtimalını ortadan qaldırmaq üçün möminlər üçün
başqa bir vəlilik zikr edilməsi uyğun oldurdu. Buna bənzər
vəziyyətlərdə olduğu kimi. Necə ki uca Allah belə buyurur: "O
sizin üçün xeyirli bir qulaqdır. Allaha inanar, möminlərə
4
inanar." Bu ayədə "inanmaq" sözü təkrarlanmış; çünki hər iki
1. Qurani-Kərim, “Nisə” surəsi, ayə 59.
2. Qurani-Kərim, “Əhzab” surəsi, ayə 36
3. Qurani-Kərim, “ Maidə” surəsi, ayə 55
4. Qurani –Kərim, “Tövbə” surəsi, ayə 61