Page 124 - Islamic Studies 01
P. 124

Qurani-Kərimdə Peyğəmbərə (s)... / (123



               Nəticə
               Həm şiə və həm də sünni mənbələrində qeyd olunmuş Qədir-
               Xum hadisəsi hamıya bəllidir. Bu hadisə Maidə surəsinin 67-ci
               ayəsi  ilə  əlaqədardır  və  Peyğəmbərimizin  (s  )  axırıncı  vida
               həcc  mərasimində  Qədir-Xum  deyilən  yerdə  nazil  olmuşdur.
               Ayə belədir:
               “Ey  Peyğəmbər!  Öz  Rəbbinin  tərəfindən  sənə  nazil
               olunmuşu  tamamilə  çatdır,  çatdırmasan  Allahın  risalətini
               yerinə     yetirmiş      olmazsan.       Allah     səni     insanların
               (şərrindən)  qoruyacaqdır.  Allah  kafir  qövmləri  (doğru
                                   1
               yola) yönəltməz “ .
               Bir  çox  təfsir  alimlərinin  iddia  etdiklərinə  görə,  ayə
               nazil  olan  kimi  Peyğəmbər(s)  təxirə  salmadan  bütün
               müsəlmanları  Qədir-Xum  deyilən  yerdə  cəm  edərək  ,
               uzun  xütbədən  sonra  Əli  (ə  )-ın  əlini  göyə  qaldıraraq
               belə  xitab  edir  :  “  Mən  kimin  mövlasıyamsa,  Əli  də
               onun  mövlasıdır.  Allahım  ona  dost  olana  dost,  düşmən
                                                                               2
               olana  düşmən  ol  və  ona  kömək  edənə  kömək  ol”  .  Bu
               hadisə  ilə  əlaqədar  hamı  Hz.  Əlini  (ə)  təbrik  edir,  sonra
               “Maidə” surəsindəki ayə nazil olur:
               “Bu  gün  kafir  olanlar  dininizdən  bütün  ümidlərini  kəsiblər,
               daha  onlardan  qorxmayın,  Məndən  qorxun!  Bu  gün  dininizi
               kamil etdim, sizə olan nemətimi tamamladım, din olaraq sizin
                                                    3
               üçün  islamı  bəyənib  seçdim“ .  Bu  hadisə  ilə  əlaqədar
               rəvayətlər  də,  çoxlu  mübahisələr  mənbəyinə  çevrilmişdir  .


               1. Qurani-Kərim, ”Maidə” surəsi, ayə 67
               2. Mir Həmid Hüseyn Hindi “ Əbaqətul ənvar “ kitabı, Əhməd b. Hənbəl, “
               Müsnəd”, c. 4, səh. 379, hədis 19321.
               3. Qurani-Kərim, ”Maidə” surəsi, ayə 3
   119   120   121   122   123   124   125   126   127   128   129