Page 117 - Islamic Studies 01
P. 117

,
               116) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Allah , onun Peyğəmbəri və iman gətirənlərdir : o kəslər ki ,
                                                                                    1
               namaz  qılır  və  ruku  halında  ikən  zəkat  verir” .
               Təthir ayəsində isə Əhli-beytin məsumiyyətinə işarə olunaraq
               belə deyilir: “Evlərinizdə qalın ! İlk cahiliyyət qadınları kimi
               bəzənib-düzənib      qənşərə  çıxmayın  !  Namaz  qılın  ,  zəkat
               verin,  Allaha  və  onun  Rəsulina  itaət  edin  !  Allah  siz  Əhli-
               beytdən  pisliyi  uzaqlaşdırmaq  və  sizi  pak  –  pakizə  etmək
                       2
               istəyir”  .

               Bir çox mücdəhidlərin təfsirinə əsasən , yuxarıdakı ayənin Əli
               (ə) -a,  aşağıdakı ayə isə Əhli-beyt İmamlarının məsumiyyətinə
               aid  edildiyi  vurğulanır.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi
               məqsədimiz  təqlid  edəcəyimiz  şəxsləri  müəyyələşdirmək
               olduğundan, ancaq ayələrin təfsirlərindən çıxan nəticə, əqli və
               məntiqi dəlillər ilə sizi tanış etmək istərdim. Maidə surəsinin
               55-  ci  ayəsinə  nəzər  yetirdikdə  görürük  ki,  ayədə  Allah,
               Peyğəmbər  (s  )  və  iman  gətirənlər  hamısı  eyni  ilə  “vəli”
               sözünə bağlanmışdır. “Vəli” sözünü isə əhli sünnə təfsirçiləri
               “dost”  kimi,  şiə  təfsirçiləri  isə  “rəhbər”  kimi  götürülməsini
               iddia edirlər və bu məsələ hələ indiyə kimi mübahisə mövzusu
               olaraq qalır. Bu sözün ərəb dilçiliyi nöqteyi – nəzərindən nə
               olduğunu  söz  mövzusu  olaraq  gəlin  lüğət  alimlərinin
               öhdəsində  qoyaq.  Mən  və  mənim  kimi  milyonlarla
               müsəlmanın işi, Allahın rəhbər olaraq bizə verdiyi əqlimizi işə
               salaraq  ayələr  və  bizim  dövrümüzə  gəlib  çatan  hədislər
               müstəvisində  araşdırma  aparıb  həqiqəti  üzə  çıxarmaqdır.  Və
               bu  həqiqət  müstəvisində  kimin  arxasınca  gedəcək  və  kimi
               təqlid  edəcəklərimizi  müəyyən  etməkdir. O  Peyğəmbər(s)  və
               ondan sonra o canişinlərə ki, hər işlərində məsumdurlar, düz
               yola  hidayət  olmuşlar,  elmin  mənbəyidirlər  və  düz  yola  da



               1. Qurani-Kərim, ”Maidə” surəsi, ayə 55, səh 117.
               2. Qurani-Kərim, “ Əhzab” surəsi, ayə 33, səh 422 .
   112   113   114   115   116   117   118   119   120   121   122