Page 128 - Islamic Studies 01
P. 128

Qadınların ictimai mövqeyi quranda



                             1
               Aynur Əzimova

               Absrtakt

               Müasir  dövrdə  aparılan  geniş  mədəni-maariflənmə  işlərinə
               baxmayaraq,  hələ  də  qadın,  eləcə  də  kişinin  hüquq  və
               məsuliyyətləri  düzgün  və  aydın  şəkildə  açıqlanmamışdır.
               Bunun  başlıca  səbəbi  kimi  bəşəriyyətin  düçar  olduğu  və  bu
               vaxta  qədər  öz  həllini  tapmamış  bir  sıra  problemlər,  o
               cümlədən,        qadın-kişi      münasibətlərinin        hüdudlarının
               müəyyənləşdirilməməsi, psixoloji problemlər, təcavüzkarlıqlar
               və s. hesab oluna bilər. Uzun illər boyu Avropa və Amerika
               ictimaiyyətində qadınların təbii hüquqları tapdalanmış, bunun
               ardınca  isə  onları  “qadınlara  dəyər  və  azadlıq  vermək”  adı
               altında  heç  bir  çərçivəyə  sığmayan  cinsi  münasibətlərə  sövq
               etdirmişlər.
                 Əziz İslam Peyğəmbəri (s. ə. s) qızı Fatimeyi-Zəhranın (s. ə)
               əllərindən  öpürdü.  Əsla  bunu  duyğulardan  irəli  gələn  bir
               hərəkət  kimi  dəyərləndirməyin.  Xanım  Fatimeyi-Zəhra  (s  .ə)
               kamil bir insan olduğu üçün o Həzrət (s. ə. s) ona belə ehtiram
               göstərir.  İslamda  qadının  dəyəri  onun  mənəvi  yüksəlişi  və
               kamilliyi  ilə  ölçülür.  Məhz  bu  səbəbdən,  qadınların  ictimai
               məsuliyyətləri və elmi tərəqqisi də bu istiqamətdə olmalıdır.
               Açar kəlmələr: Quran, Qadın, Dəyər, Cəmiyyət



               1 - İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
               Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
   123   124   125   126   127   128   129   130   131   132   133