Page 129 - Islamic Studies 01
P. 129

,
               128) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Qurani Kərimdə qadın hüquq subyekti kimi
                Qurani  Kərimdə  qadınların  sosial  vəziyyəti  iki  aspektdə
               dəyərləndirilmişdir:
                1.  İslamdan  öncəki  dövrdə  qadın;  2.  İslamda  qadın.  Burada
               qadınların  hüquq  və  vəzifələri,  eyni  zamanda  kişinin  qadın
               qarşısında daşıdığı vəzifələrə yer verilmişdir.  Bir növ mövcud
               olan  bu  hüquq  və  vəzifələr  sinallaqmatik  xarakter  daşıyır.

               İslam  hüququnun  tətbiqində  yaranan  problemləri  daha  dəqiq
               həll  etmək  üçün  bu  hüquq  münasibətlərinin  subyekti  olan
               qadınların  sahib  olduğu  hüquqların  nəzərdən  keçirilməsi
               zəruridir.
                1.  Yaşamaq  hüququ –  İslamın  bərqərar  olması  doğulan  qız
               uşaqlarını  öldürmək  adətini  zamanla  sıradan  çıxardı.  Kiçik
               qızların yaşamaq hüququ onların təbii hüquqlarından biri olub,
               Quranda  öz  əksini  müxtəlif  formalarda  tapmışdır:  “  O,
               istədiyini  yaradır,  istədiyinə  ancaq qız,  istədiyinə  də  ancaq
               oğlan verir.”
                             1
                  2.  Cəmiyyətdə  iştirak  etmək  hüququ –  İslamdan  öncə  bəzi
               qadınların cəmiyyətdə mövqeləri var idi, lakin bu sadəcə varlı
               və əsilzadə nəslinə mənsub olanlara aid idi. Bu cür qadınlardan
               biri  Məhəmməd  Peyğəmbərin  (s.  ə.  s.)  birinci  həyat  yoldaşı
               Xədicə  xanım  idi  ki,  o,  Məkkədə  qadınlardan  və  bəzi
               kişilərdən üstün mövqeyə malik idi.
                 İslam  yarandıqdan  sonra  isə  təbəqəsindən  asılı  olmayaraq,
               bütün qadınlara bu hüquq tanındı. Məhəmməd Peyğəmbərə (s.
               ə. s.) beyət edən qadınlar özlərinə ictimai sferada yer tapdılar.
               Bəziləri  bu  sahədə  xeyli  aktiv  olmuş,  bəziləri  isə  kişilərdən
               geri qalmayan tərzdə islahatçı tədbirlər həyata keçirmişdir.
                 3. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ – Bir qayda olaraq
               həm  qadınlar  arasında  bərabərliyi,  həm  də  qadın  və  kişi
               arasındakı  bərabərliyi  özündə  əks  etdirir.  Kimliyindən,

               1. Şura surəsi, ayə 49
   124   125   126   127   128   129   130   131   132   133   134