Page 157 - Islamic Studies 01
P. 157
,
156) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
və onlarla mehriban davranırdı. Başqa bir rəvayətdə,
Peyğəmbərin (s) namazı və uşaqlara etdiyi mehribanlıq nəql
olunub. Belə ki, Peyğəmbərin (s) camaat namazına gəldiyi
günlərin birində, o vaxt kiçik bir uşaq olan İmam Həsən (ə) də
məscidə gəlir. Peyğəmbər (s) onu yanında otuzdurdu və özü
namaza durdu. Namazın ortasında səcdələrdən biri çox uzun
çəkdi. Rəvayəti nəql edən deyir: Səcdədən başımı
qaldırdığımda gördüm ki, Həsən yerindən durub Peyğəmbərin
(s) çiyninə minmişdi. Namaz bitdikdən sonra namaz qılanlar
soruşdular: Ey Allahın Rəsulu (s), səndən belə səcdə
görməmişik, sənə vəhy çatdığını düşündük. Həzrət (s)
cavabında buyurdu: Vəhy gəlməmişdi, oğlum Həsən səcdə
edərkən çiynimə minmişdi, tələsib uşağı yerə qoymaq
1
istəmirdim, odur ki, çiyinlərimdən enənə qədər gözlədim.
Uşağa qarşı mehribanlıq dini mənbələrin, dini göstərişlərin bu
qədər diqqət mərkəzindədirsə, üstəlik arzuolunan təsirlər
daşıyırsa, şübhəsiz ki, böyüklərə, habelə zehni inkişaf
mərhələsinə çatmış və başqalarının davranışlarını analiz edən
həyat yoldaşına qarşı mehribanlıq daha səmərəli təsirlərə
gətirib çıxaracaq. Həyat yoldaşları bir-birlərinə qarşı
mehribanlıq hiss etdikdə, ailə sistemini daha səmərəli etmək
çalışacaqlar. Beləliklə, mehribanlıq və mərhəmət nəinki
uşaqlara, həm də böyüklərə lazımdır, onu duymaqdan zövq
alırlar, xoşbəxtliyə, indiyə və gələcəyə ümidə səbəb olur,
nəticədə inkişafa və kamilliyə yol açacaq.
1. Məclisi, Bihar əl-ənvar, c. 43, səh. 294.