Page 177 - Islamic Studies 01
P. 177
,
176) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Nəzəri baxımdan İslam qaynaqları ilə uyğunluq təşkil
etməlidir.
Əməli və praktiki cəhətdən İslam cəmiyyətinin ehtiyaclarına
uyğun olmalıdır.
Bu tərif, iki mühüm əsaslar üzərində qurulmuşdu:
İslami psixologiya mövcud psixologiya ilə bir çox cəhətdən
fərlənirlər. Eyni zamanda da, bir çox cəhətdən müştəqək
nöqtələri vardır.
Psixologiya qanunlarının və mövzularının yeni bir quruluşda
və İslami dəyərlər və əsaslara uyğun formada ayırd edə bilərik.
Refininq prosesi İslamın qəbul etdiyi üsullardan biridir. Bunun
nümunələrini İslamın əvvəllərində ərəbin cəhalət dolu
cəmiyyətində olan bəzi normalarda və əxlaqi dəyərlərdə görə
bilərik. Tarixə əsasən, İslam yeni bir əxlaqi nizam gətirmək
əvəzinə, İslamın ruhu ilə uyğunluq təşkil edən mövcud olan
əxlaqi dəyərləri, xüsuən qonaqpərvərliyi, mərdliyi,
təvazökarlığı qəbul etdi və bəzi unudulmuş əxlaqi dəyərləri
yenidən canlandırdı.
Psixologiya mövzuları barəsində də, bu məsələ öz təsdiqini
tapmaqdadır. Çünki, biz deyə bilmərik ki, psixoloqların insan
və onun davranışı mövzusunda dediklərinin bütün hamısı
yalnışdır və onları kənara qoymaq lazımdır. Əksinə,
psixoloqların insan barəsində dedikləri kamil deyil və onu
1
İslam dəyərlərlə kamil etmək lazımdır.
Əgər mövcud psixologiya nəzəriyyələrini İslam dəyərlər və
əsaslarla uyğunlaşdırıb yeni bir modeldə təqdim edə bilsək, bu
modeldən istifadə etməklə İslami psixoogiyanı inkişaf etdirə
bilərik.
1. Malik Bədri, Elmun nəfs əl hədis min mənzuril islami, səh. 331-382.