Page 178 - Islamic Studies 01
P. 178

İslam psixologiyası / (177




               İslam psixologiyasının mövzusu
               İslam psixologiyası xüsusunda irəli sürülən tərifə əsasən deyə
               bilərik ki, İslam psixologiyanın mövzusunu insanın psixologi
               davranışları  təşkil  edir.  Buna  əsasən  də,  psixologiyanın
               mövzusu  bütün  davranışlara  (daxili  və  xarici,  iradəli  və
               iradəsiz)  və  insan  ruhuna  və  psixologiyasına  aid  bütün
               funksiyalara  (tanımaq,  iradə,  hədəf,  inkişaf,  bədənin  idarəsi,
               sağlamlıq  və  xəstəlik)  aid  olacaqdır.  Bu  tərtiblə,  əgər  İslam
               psixologiyasından  söhbət  açmaq  istəsək,  ilk  öncə  davranışın
               mahiyyəti,  davranışlara  təsir  edən  amillər  (irs,  fitrət,  mühit,
               ehtiyaclar,  hədəflər)  habelə  psixikanın  təbiəti,  psixikanın
               funksiyası,  psika  ilə  bədənin  rabitəsi,  inkişaf  mərhələsi
               (yaşam, idrak, duyğu  və  mənəviyyat)  aləmdən  məlumat  əldə
               etməyin  üslubları  (hisslər,  idrak,  öyrənmək,  təfəkkür,  xəyal,
               intuisiya, mükaşifə), zehni hallar (fikirlər, inanclar, duyğular,
               meyllər, məqsədlər) davranışın müxtəlif halları (fərdin özü ilə,
               başqaları  ilə,  təbiət  və  Allah  ilə  rabitəsi)  kimi  bəhsləri  önə
               sürmək lazımdır. “Bu məsələ göstərir ki, İslam psixologiyası
                                                        1
               geniş mövzuları özündə ehtiva edir”.

               İslam psixologiyasının hədəfləri
               Psixologiyanın  hədəfləri  kimi  təsvir  etmək,  bəyan  etmək,
               proqnoz  və  davranışın  idarəsi  kimi  məsələlər  irəli
               sürülməkdədir. Görəsən bu hədəflər İslam psixologiyasında da
               öz  təsdiqini  tapır?  Bəzi  təhqiqatçılar  mövcud  psixologiya  ilə
               İslam psixologiyası arasında fərqlilikləri nəzərə alaraq, İslam
               psixologiyası  üçün  başqa  hədəfləri  irəli  sürmüşlər.  Onlar


               1. Zərriq, Məruf, elmun nəfsil islami, səh. 3-4.
   173   174   175   176   177   178   179   180   181   182   183