Page 179 - Islamic Studies 01
P. 179
,
178) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
tərbiyə, davranışın korreskiyası, fitrətin önə çəkilməsi, nəfsi
paklıq, insanın səadəti və kamalı kimi hədəfləri İslam
1
psixologiyasının hədəfləri olaraq təyin etmişlər.
Lalə Bəxtiyar özünün “Klassik islam psixologiyası” adlı
məqaləsində bu nöqtəyə işarə edərək İslam psixologiyasının
əxlaq elminə söykəndiyini və İslam əxlaqının hədəflərinin
arxasında olduğunu və buna görə də İslam psixologiyasını
2
əxlaq psixologiyası adlandırmağın mümkünlüyünü bildirir.
Bu nəzəriyyəyə əsasən, əxlaqi yönlərə davranışın dəyər
amillərinə olaraq təkid edilir. Hər halda, əgər bu hədəfləri
nəzərə alsaq, İslam psixologiyası daha çox əxlaq elminə
bənzəyəcəkdir.
Başqa bir tərif budur ki, İslam psixologiası psixologiyanın
tərkibində olduğu üçün, onun hədəfləri də psixologiyanın
hədəflərinə uyğun olacaqdır. Buna əsasən, psixologyanın ilkin
hədəfllərini təsvir etmək, bəyan etmək, proqnoz və davranışın
idarəsi təşkil edir. Eyni zamanda da, fitrətin önə çəkilməsi,
həyatdan razı qalmaq, müvəffəqiyyət və irəliləyiş, sağlamlıq,
ruhu sağlamlıq, əxlaqi pozğunluqların qarşısını almaq, nəsfi
paklıq, insanların İlahi razılığa qovuşması kimi hədəflər də
İslam psixologiyasında yer alır. İslam paklıq (təhzib və
təzkiyə), davranışın korreksiyası və kontrolu məfhumu
daxilində yer almaqdadır. Buna əsasən də, təsvir etmək, bəyan
etmək, proqnoz və davranışın kontrolu kimi məsələləri İslami
psixologiyanın hədəfləri kimi nəzərə almaqla, əxlaqi hədəfləri
də özündə ehtiva edə bilər.
İslam psixologiyası ilə mövcud psixologiyanın ən ümdə fərqi
budur ki, psixologiyanın təsvir etmək, bəyan etmək, proqnoz
və davranışın kontrolu kimi hədəflərindən məqsəd, başqalarını
nəzarət altında saxlamaq və ya ən azından insanları həyatdan
1.Xəlci Müvəhhid, Səmavi kəlamla psixologi müalicə, səh. 6769.
2. Lalə Bəxtiyar, Klassik islami psixologiya, səh. 183-192.