Page 185 - Islamic Studies 01
P. 185
,
184) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Məzmun təhlili metodu
Məzmun təhlili metodu adətən yazılı mətnlər (kitab, məqalə,
jurnal), habelə şifahi (müsahibələr, hesabatlar) və təsvir
(filmlər) üçün keçərlidir.
1
Məzmun təhlili metodunun tarixçəsi çox qədim zamanlara
qayıdır. Merten və Rurmen (1982) hesab edirlər ki, məzmun
təhlili metodu qədim Yunanıstanda ilk öncə mətnlərin təhlili
üçün, ancaq sonralar yəni on yeddinci əsrdə Tövrat kitabının
2
təhlili və dərki üçün istifadə olunub.
Müsəlmanlar məzmun təhlili metodundan Quran və hədis
mətnlərinin təhlili üçün istifadə edilər. İranlılar isə, bütün
bunlardan başqa, fars dilli nəzm və nəsr əsərlərinin təhlili üçün
3
istifadə edirlər. Həmçinin, məzmun təhlili metodu dini
mətnlərdən pxisologi qanunların dərki üçün də faydalı ola
bilər.
Məzmun təhlili metodu mətnlərdə gizlənmiş mesajların dərki
üçün də olduqca münasibdir. Buna görə də, mətn elementləri
son dərəcə diqqətlə toplanılır və nizama salınır. Bu elementlər
isə kəlimə, cümlə, həmçinin hansısa ayəyə və ya hədisə aid
təbirlər ola bilər.
İslami psixologiyada məzmun təhlili metodundan istifadə
etmək fərziyyələrin və dini qaynaqlarda mövcud olan
mələkələrin ələ gətirilməsi, habelə psixologiyada yer alan
müxtəlif mövzular barəsində suallara cavab verilməsi kimi
məsələlərə kömək ola bilər. Biz deyə bilərik ki, məzmun təhlili
metodu İslami psixologiyada ən əsas metodlardan biridir.
Çünki, təhqiqatçılar İslami psixologiya zəminəsində təhqiat
1. Hafiz Niya, Məhəmməd Rza, Humanitar elmlərdə təhqiqat metodunun
müqəddiməsi, səh. 75.
2. Rəfipur, Sosiologiya Elmində xüsusi təhqiqat üsulları, səh. 110.
3. Həmin.