Page 190 - Islamic Studies 01
P. 190
İslam psixologiyası / (189
təhqiqatlarda çox önəm verilmiş və bu metod nəticəsində eldə
1
edilən məlumatlara həqiqi elm deyilmişdir.
Müşahidə metodu
Müşahidə metodu İslam psixologiyasının istifadə etdiyi
metodlardan biridir. Müşahidənin müxtəlif növləri vardır və
onlardan ən sadə və ən çox istifadə olunan təbii müşahidədir.
Allah təala Quranda müşahidəni əql kimi elmi ələ gətirmək
2
yollarından biri kimi təqdim edir və varlıq aləmini dərk etmək
üçün ondan istifadə etməyə əmr edir. “Məgər dəvəyə
3
baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə
ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
Və yerə (baxmırlar ki) necə döşədilmişdir?”.
4
Bu ayədə və digər ayələrdə gələn “nəzər” kəliməsi adətən
müşahidə üçün istifadə edilir. Misal üçün, Yunis sürəsinin 11-
ci ayəsində Allah təala belə buyurur: “De: “Bir gör göylərdə
və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var.
Lakin iman gətirməyən bir tayfaya ayələr və (Allahın əzabı
5
ilə qorxudan) peyğəmbərlər heç bir fayda verməz!”.
Həmçinin, Qurani kərim keçmiş qövmləri və xalqları
müşahidə edib onlarda ibrət almağa dəvət edir: “Məgər onlar
yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə
1 Misbah Yəzdi, Psixologiya, səh. 32-33.
2 Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk
etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın
əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür
edəsiniz! (Nəhl 78)
3 (Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə,
bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı
(sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. (İsra 36).
4 Ğaşiyə, ayə 17-28.
5 Yunus, ayə 101.