Page 188 - Islamic Studies 01
P. 188

İslam psixologiyası / (187



               Müsahibə və sorğu metodu
               Necəki  psixologiya  elmində  müsahibədən,  sual-cavabdan,
               sorğudan  istifadə  olunur,  eləcə  də  dini  təlimlərdə,
               məktublardan,  əsərlərdən,  verbal  nitqdən  istifadə  olunur.
               Həzrət  Əli  (ə)  buyurur:  “Hər  bir  insanın  nəzəri,  onun  ağlı
                                  1
               miqdarındadır”.   Başqa  bir  hədisdə  buyurur:  “İnsanın  ağlı
                                            2
               onun danışığı qədərdir”.
               Bütün  bunlara  əsasən,  fərdlərin  rəftar,  əqidə  və  nəzərlərini
               araşdırmaq üçün istifadə edilən metodlardan biri də, müsahibə
               və  sorğu  metodudur.  Sorğu  nə  qədər  nizamlı  və  dəqiq  olsa,
               əldə edilən nəcitələr də bir o qədər dəqiq olar.

                İntuisiya və mukaşifə metodu
               Adətən  psixologiya  elmi  hissi  və  əqli  metodlar  ilə
               məhdudlaşsa da, İslam təlimlərinə əsasən, varıq aləmini dərk
               etmək  üçün  intuisiya  (şühud)  və  mükaşifə  metodlarından  da
               istifadə  edilir.  İntuisiya  və  mükaşifə  bir  növ  şəxsi  təəssürat,
               daxili eldə etmələr hesab olunur. Bunlar isə, məntiqli yllarla və
               dəlillərlə isbat olunmur.
               İslam  təlimlərində  intuisiya  və  mükaşifə,  həqiqətləri  əldə
               etmək üçün istifadə olunan bir metod kimi təqdim edilir. Misal
               üçün, Əbu Bəsir İmam Sadiqə (ə) deyir: Bu il hacıların sayı və
               onların  nalə  və  fəryadı  necə  də  çoxdur.  Həzrət  (ə)  buyurur:
               Əksinə, bu il hacı və onların naləsi çox azdır. İstəyirsənmi ki,
               sənə dediyimi öz gözünlə görəsən? İmam (ə) əlini Əbu Bəsirin
               gözlərinə çəkərək dua oxudu və dedi: İndi hacılara bax! Əbu
               Bəsir dedi: İnsanlara baxanda əksəriyyətini donuz və meymun



               1 Amədi, Ğurərul hikəm, hədis 5422.
               2 Həmin, hədis 10957.
   183   184   185   186   187   188   189   190   191   192   193