Page 189 - Islamic Studies 01
P. 189
,
188) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
sürətində gördüm. Halbuki, aralarında mömin olanları çox az
idi. Əbu Bəsir deyir: Doğru buyurdunuz, ey mənim mövlam!
Nalə və fəryad çox olsa da hacı həqiqətən də azdır.
İntuisiya metodu Allahın feyzinə də şamil olur. İslam
qaynaqlarında Allahın feyzi insanın Allaha olan imanı
nəticəsində əldə edilən bir növ nurdur. Allah Quranda bu
barədə belə buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan
qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər
1
(dünyada və axirətdə çıxış yolu göstərər)”.
İntrospeksiya metodu
İslam psixologiyasında istifadə edilən mmetodlardan biri də,
introspeksiya metodudur. Bu metod da, intuisiya metodu kimi
bir növ daxili qavrayış hesab olunur. Quran və hədislərdə
Allahın insana əta etdiyi xüsusiyyətlər, qabiliyyətlər və
imkanlar barəədə təfəkkür edilməsi tövsiyə edilir. Allah təala
buyurur: “Sizin özünüz də (sizi yaradanın birliyini sübut
2
edən) əlamətlər vardır. Məgər görmürsünüz?”.
İntrospeksiya metodunun əhəmiyyəti budur ki, insan özünü
digərlərindən daha yaxşı tanıyır. “Doğrusu, insan özü-özünə
3
şahiddir!”. Başqa bir ayədə belə buyurur: “Onun (Quranın)
haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz
qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə,
kainatda, göylərin və yerin ətrafında), həm də onların öz
daxilində mütləq göstərəcəyik”.
4
İntuisiya və introspeksiya metodunun ən mühüm xüsusiyyəti
xətaya düçar ola bilməsidir. Buna görə də, bu metoda elmi
1 Ənfal, ayə 29.
2 Zariyat, ayə 21.
3 Qiyamət, ayə 14.
4 Fussilət, ayə 53.