Page 186 - Islamic Studies 01
P. 186

İslam psixologiyası / (185


               aparmaq  istədikdə,  ilk  növbədə  dini  mətnləri  (ayə,  hədis,
               əxlaq, təfsir, kəlam, fəlsəfə və s. kitablarını) araşdırmalıdır.
               Bəzi  təhqiqatçılar  məzmun  təhlili  metodu  əvəzinə  kitabxana
               metodu,  nəqli  metod,  mənaşünaslıq  kimi  başqa  təbirlərdən
               istifadə edirlər.
               Quran  və  hədis  məzmununun  təhlili  metodu  İslami
               psixologiyada  ən  mühüm  metodlardan  hesab  olunur.  Bu
               metodun  bu  qədər  mötəbər  olması  onun  vəhyə  qayıtmasına
               görədir. Misal üçün, Allahı yad etməklə aramlıq arasında olan
               əlaqə Quranda açıq-aydın ifadə olunubdur.1 Vəhyi mötəbər bir
               qaynaq  olaraq  qəbul  edən  şəxslərin  nəzərində,  bu  zəminədə
               heç bir təcrübəyə ehtiyac yoxdur. Hətta əgər bu məsələ təcrübi
               olaraq  araşdırılsa  belə,  bu  təcrübə  sadəcə  təsdiq  üçün
               olacaqdır. Buna əsasən də, necə ki vəhy təfsir, fiqh və kəlam
               elmində  höccətdir,  həmçinin  psixologiya  elmində  də
               mötəbərdir.

               Deduktiv metod
               Bu metodda insan hadisələrdən əldə etdiyi ümumi məlumatlar
               vasitəsiylə  qismi  məlumatlar  üzərində  düşünür.  Deduktiv
               metodda  əsas  şərt  teoremin  Müqəddimələrinin  doğru
               olmasıdır. Görünən budur ki, deduktiv metodda ağlın müstəsna
               rolu vardır. Buna görə də, bəzən bu metod “rasional metod”
               kimi təqdim edilir. İslam isə, ağlı həqiqətlərin dərki üçün ən
               mühüm vasitələrdən biri olaraq qəbul edir.      2





               1. O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram
               tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə
               aram tapar! (Rəd 28)
               2. Cavadi Amuli, Dini mərifət güzgüsündə ağlın məqamı
   181   182   183   184   185   186   187   188   189   190   191