Page 193 - Islamic Studies 01
P. 193
,
192) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Nəticə
Son onilliklərdə təhqiqatçılar qərb mədəniyyəti üzərində
qurulmuş hazırki psixologiyanı təndiq edərək
psixologiyanın mövzularına mədəni yanaşmanın zəruriliyini
vurğulayıblar. Hazırda, psixologiyada fərdlərin mədəni
xüsusiyyətləri əsasında formalaşmış bir çox nümunələr
vardır. Müsəlmanlar da, mədəni şəraitləri və ehtiyaclarına
uyğun bir psixologiya modelinə ehtiyaclıdırlar. İranda
humanitar elmlər, o cümlədən psixologiya elmi İslam
İnqilabının əvvəllərindən irəli sürülmüş və bu məsələ son
illərdə mühüm hədəflərdən birinə çevrilmişdir.
Dini elmlər və psixologiya elmi barəsində müxtəlif təriflər
irəli sürülmüşdür. Müəllifin nəzərincə, İslam
psixologiyasını qanunların İslam dəyərlərinə, inanclarına
münasib şəkildə tənzim edilmiş psixi fəaliyyət və rəftarlar
qanunlarını öyrənən elm kimi tərif etmək olar. Buna əsasən
də, İslam psixologiyasının mövzusu davranış qaydaları və
pxisi fəaliyyətləri əhatə edir.
İslam psixologiyası ümumi hədəflər cəhətindən eyniylə
təcrübi psixologiya kimidir. Ancaq, elmi və praktiki
hədəflərdə bir-birindən fərqlənir. İslam psixologiyasında
istifadə edilən metodlar bulardır: Tarixi metod, məzmun
təhlili metodu, deduktiv metod, induktiv metod, müsahibə
və sorğu metodu, intuisiya və mükaşifə metodu,
introspeksiya metodu, müşahidə, təcrübə və sınaq metodu.
Bu fəsldə, İslam psixologiyası ilə digər elmlərin əlaqəsi
barəsində bəhs edildi. İslam psixologiyasının bütün
humanitar elmlərlə əlaqəsi vardır. Ancaq, onun əxlaq,
fəlsəfə, irfan və təhsil elmləri ilə əlaqəsi daha çoxdur.